2018-ci ildən avtomobillərdə sükanın dəyişdirilməsi qadağan olunacaq

texniki-baxis-masin-liderxeber-6401

Dövri olaraq texniki baxışların başlanmasından sonra avtomobil sükanlarının sağ tərəfdən sol tərəfə keçirilməsi qadağan olunacaq. Sükanları artıq keçirilmiş maşınlara gəlincə isə, belə maşınlar da əgər texniki reqlamentlə nəzərdə tutulmuş parametrlərə cavab verirsə, digər maşınlar kimi adi qaydada texniki baxışdan keçəcəklər.

Bundan başqa sükanı sağ tərəfdə olan avtomobillərə heç bir əlavə çətinlik yaradılmayacaq. Onların yalnız işıq farları tənzimlənəcək və işıq şüalarının istiqaməti dəyişdiriləcək.

İqtisadiyyat nazirliyindən IPN-a bildirildiyinə görə, hər kəsə eyni cür yanaşma olacaq. əsas odur ki avtomobil texniki tələblərə cavab versin.

2018-ci ilin 1 yanvar tarixindən oturacaqlarının sayı 8 yerdən artıq olan sərnişin nəqliyyatları və çəkisi 3 ton yarımdan artıq olan yük maşınları, 2018-ci il 1 iyul tarixindən hüquqi şəxs və dövlət müəssisələrinin balansında olan avtomobillər, 2018-ci il 1 oktyabr tarixindən isə mühərrikinin həcmi 3 kub santimetr və daha artıq olan avtomobillər dövri olaraq texniki baxışdan keçəcəklər, Gürcüstanda qeydiyyatda olan digər avtomobillər isə 2019-cu il 1 yanvar tarixindən etibarən texniki baxışdan keçəcəklər.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register