12 nəfərin sürücülük vəsiqəsi əlindən alınıb

prava

Daxili İşlər Nazirliyi tərəfindən Gürcüstan İctimai Kanalına verilən məlumata əsasən, 2017-ci ilin iyul ayından qüvvəyə minən xal sistemi ilə, cari ilin noyabr ayına qədər, xallarını itirdiklərinə görə, 12 nəfərin sürücülük vəsiqələri əllərindən alınıb.

Xatırladaq ki, mövcud olan 100 xallıq limiti sürücülər yol qaydalarına riayət edərək, ilin sonuna qədər qorumalıdırlar. Yol qaydaları hər pozulduğunda sürücünün xalları azalır və ilin sonuna qədər sıfıra düşsə, sürücülük vəsiqəsi əlindən alınır və o, yenidən imtahan verməli olur.

Xalların azalması isə, patrul polisi tərəfindən yazılan cərimələrin əsasında olur.

Sürücülük vəsiqəsi əllərindən alınan şəxslər ya dərhal imtahan verməlidirlər, ya da gələn ilin yanvar ayından vəsiqələrinin bərpasını gözləməlidirlər.

Mənbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register