Marneulili gənclərə ətraf mühitin mühafizəsi haqqında təlim keçirildi

treningi

Bu gün, 8 dekabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində ətraf mühitin mühafizəsi mövzudunda təlim keçirildi. Təlim 2 gün ərzində davam edəcək və təlimdə Marneuli Gənclər Mərkəzinin aktivistləri iştirak edirlər. Telavi Gənclər Mərkəzinin nümayəndəsi və təlimçisi Sopio Ceterişvili təlimin mövzusu haqqında danışdı.

“Uşaqlar öyrənirlər ki, işlənmiş əşyalardan necə istifadə edə bilərlər, su, hava necə çirklənir və bunu necə azalda bilərik”.

Sopio Ceterişvili həmçinin qeyd etdi ki, təlimin ikinci günü gənclər praktik işlər yerinə yetirəcəklər və müxtəlif süvenirlər hazırlayacaqlar. Təlim iştirakçısı Elnara Bayramova öz təəssüratlarını bizimlə bölüşdü.

“Çox xoşuma gəldi. Əla təlim idi. Ətraf mühitin mühafizəsindən keçirilir. Çox şey öyrəndik”.

Ətraf mühitin mühafizəsi təlimi Gürcüstan miqyasında Gənclər Mərkəzlərinin layihəsi çərçivəsində keçirilir. Layihə “Tolernatlıq, Mülki Maarifləndirmə və İnteqrasiya” proqramına dəstək və Avropa İttifaqının maliyyələşdirilməsi ilə həyata keçirilir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register