Marneulidə “Yaşayan Ədəbiyyat” şeir müsabiqəsi keçirildi

yarisma

Bu gün, 8 dekabr tarixində Marneuli Mədəniyyət Mərkəzində “Yaradıcı Gənclər Akademiyasının” təşkilatçılığı ilə “Yaşayan Ədəbiyyat” proqramı təşkil edildi. Tədbir Azərbaycan və gürcü ədəbiyyatına həsr olunmuşdur. Proqramda Marneuli Bələdiyyəsində fəaliyyət göstərən ictimai məktəblər və ədəbiyyata marağı olan gənclər iştirak edirdilər. Tədbirdə hökumət və qeyri-hökumət nümayəndələri, müəllimlər, gənclər, tələbələr, məktəb şagirdləri və tədbirə dəvət olunmuş qonaqlar iştirak edirdilər.

“Yaradıcı Gənclər Akademiyasının” təsisçilərdən biri olan Vaqif Səyyah “Marneuli” Radiosuna müsahibəsi zamanı bildirdi ki, tədbir heç bir hökumət və qeyri-hökumət təşkilatı tərəfindən malliyələşmir və öz hesablarına bu tədbiri həyata keçirirlər. O, onu da əlavə etdi ki, maliyyə dəstəyi olmadığına görə mütamadi olaraq tədbirlər həyata keçirə bilmirlər və imkanları olanda bu cür tədbirlər həyata keçirirlər.

Vaqif Səyyah onu da əlavə etdi ki, “Yaradıcı Gənclər Akademiyasının” ideaları çoxdur və gələcəkdə daha çox tədbir həyata keçirəcəklər.
Tədbirdə iştirak edən məktəb şagirdləri və gənclər öz səsləri ilə səhnədə şeir müsabiqəsində özlərini sınadılar. Onlar arasında bir neçəsi ilə söhbət etdik və “Marneuli” Radiosuna bildirdilər ki, bu cür müsabiqələrin keçirilməsi onlar üçün çox önəmlidir.

Proqramın açılışında şeir müsabiqəsi oldu və ən yaxşı çıxışlar münsiflər heyəti tərəfindən qiymətləndirildi. Qaliblərə isə hədiyyələr təqdim olundu.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register