Mixeil Çxenkeli – şagirdlərin çantaları ona görə yoxlanılır ki, məktəbə pirotexnika aparmasınlar

chxenkeli-mixeil

Məktəblərdə şagirdlərin çantalarının yoxlanması pirotexnika məsələsinə bağlanır – bu haqda Elm və Təhsil naziri Mixeil Çxenkeli jurnalistlərə bildirib.

Çxenkeli mandator xidmətinin nümayəndələrinin şagirdlərin çantasını yoxlayır məlumatına rəy bildirib.

“Bu yeni il pirotexnikaları ilə əlaqədardır. Yoxlayış gedir ki, şagirdlər yeni il pirtoexnikasını məktəblərə daxil etməsinlər. Bu keçən il də baş verirdi və bu il də davam edir. Adi prosedurdur”, – bildirir nazir.

Tbilisinin bəzi məktəblərində təhlükəsizlik ölçüləri ciddiləşib. Müvafiq məlumatı İPn-ə bir neçə şagirdin özü bildirib.

Onların izahatına görə, mandator xidməti yuxarı sinif şagirdlərini yoxlamağa başlayıb. Xüsusən, şagirdlər bildirirlər ki, mandatorlar 8-ci və 12-ci sinif də daxil olmaqla şagirdlərin məktəbə daxil olarkən çantalarını yoxlayırlar.
Mənbə: İpn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register