“Uşaqlıqdan öz məqsədlərim üçün mübarizə aparıram” – Arzu Bayramova

IMG_5423

2016-2017-ci tədris ilinin ümumtəhsil üzrə qızıl və gümüş medalçı şagirdlərinin siyahısı təsdiqlənib. Medalçıların siyahısında 6 şagird Marneulidəndir. Qasımlı kəndinin ictimai məktəbinin məzunu Arzu Bayramova gümüş medal qazanıb. Özünün dediyinə görə, uşaqlıqdan çalışırmış ki, məqsəd qoysun və sonra mütləq həyata keçirsin. O, indi Gürcüstan vətəndaşlığı əldə etmək üçün çalışır.

Marneuli Bələdiyyəsinin Yeni Dioqnisi kəndinin ictimai məktəb məzunlarından olan Tamar Tsirkvadze də gümüş medal sahibidir. O, indi İvane Cavaxişvili adına dövlət Universitetinin Sosial və siyasi elmlər fakultəsinin tələbəsidir. Tamar deyir ki, gümüş medalçılıq onun məktəb müəllimlərinin xidmətidir.

Marneulinin 6 məktəbinin medalçısı var: Kəpnəkçi kənd ictimai məktəbinin iki medalçısı var: Bənövşə Yusubova qızıl, Eltun Əhmədov isə gümüş medal sahibidir. Algetinin N1 saylı ictimai məktəbinin gümüş medalçıları Günel Dursunova və Günel Omarovadır. Qasımlı kənd ictimai məktəbinin medalçısı: Arzu Bayramova. Yeni Dioqnisi kənd ictimai məktəbinin medalçısı: Tamar Tsirkvadze.

Marneuli Resurs Mərkəzinin direktoru Kənan Ömərov “Marneuli” Radiosuna müsahibəsi zamanı şagirdlərin hansı tələblərə uğun seçildiyi haqqda danışdı.

2016-2017-ci tədris ilinin qızıl və gümüş medalçı şagirdlərinin mükafatlandırılmasının dəqiq tarixi hələ məlum deyil. Medalçıların siyahısında dəyişikliklər həyata keçirilə bilər və davamlı şəkildə onların sayı arta bilər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register