Bələdiyyə məclisinin iclasında MMC və qeyri-Kommersial Hüquqi Şəxslərin subsidləşdirilməsi məsələsi müzakirə olundu

sakrebulos sxdoma

Bu gün, 8 dekabr tarixində Marneulinin altıncı çağırışı bələdiyyə məclisinin iclası keçirildi.

İclasda müzakirə üçün 11 məsələ çıxarılmışdı, məsələlər bunlardır:

1. Fraksiyaların yaradılması haqqında.
2. Marneuli Bələdiyyəsinin bələdiyyə məclisi komissiyalarının tərkibinə dəyişikliklərin daxil edilməsi haqqında.
3. Marneuli Bələdiyyəsi merinin 2017-ci il 29 noyabr N03/13168 məktubunun müzakirəsi haqqında.
4. MMC “Marneuli Bələdiyyəsinin Avtoparkı”nın 2017-ci il 22 noyabr N99 məktubunun müzakirəsi haqqında.
5. Marneuli şəhərində, Qamsaxurdiya küçəsi N5-də yaşayan vətəndaş Kamran Kiryakovun ərizəsinin müzakirəsi haqqında.
6. Marneuli Bələdiyyəsi merinin 2017-ci il 07 dekabr N03/13586 məktubunun müzakirəsi haqqında.
7. Marneuli Bələdiyyəsinin 2017-ci il büdcəsinin təsdiqlənməsi haqqında. Marneuli Bələdiyyəsi bələdiyyə məclisinin 2017-ci il 10 yanvar N1 qərarına dəyişikliklər haqqında.
8. Qeyri-Kommersial Hüquqi Şəxs “Marneuli Bələdiyyəsinin bələdiyyə məclisinin Məktəbi”nin 2017-ci korrektə olunmuş hesabatların təsdiqlənməsi haqqında.
9. Qeyri-Kommersial Hüquqi Şəxs “Marneuli Bələdiyyəsinin ərazisində mövcud olan Uşaq Bağçaları Birliyinin Məktəbəqədər Yetişdirmə Mərkəzi”nin 2017-ci il korrektə edilmiş hesabatının təsdiqlənməsi haqqında.
10. MMC “Marneuli Kənd Su”-nun 2017-ci il korrektə edilmiş hesabatının təsdiqlənməsi haqqında.
11. MMC “Marneuli Bələdiyyəsinin Avtoparkı”nın 2017-ci il korrektə edilmiş hesabatının təsdiqlənməsi haqqında.

İclasda müzakirə edilən məsələlərdən doqquzuna dair müsbət qərar qəbul edildi, iki məsələnin nəticəsi müzakirə üçün təxirə salındı.marneuli bələdiyyəsinin Sakrebulo Aparatının rəhbəri, Nino Beridze sonrakı iclasa keçirilən məsələlər haqqında danışdı.

“Bələdiyyəyə fraksiyaların qeydiyyatı üçün ərizə daxil olmuşdu. İki Fraksiya var ancaq Parlament müzakirə etdi və qərar verdi. Bilirsiniz ki, bələdiyyə məclisinə vəzifə siyahısına əlavələr olur. İndiyə kimi Bələdiyyənin vəzifəli şəxsləri müəyyən edilmişdi və onlar büronu təmsil edirdilər. Bu bələdiyyə məclisinin sədri, onun müavinləri və fraksiya və komissiyaların sədrləri. Bu siyahıya indi fraksiya rəhbərinin müavinləri də əlavə olunur. Qanunvericilik dəyişib. Bundan dolayı bizim bələdiyyə məclisində də bu tənzimləməni keçməlidir. İkinci məsələ Məhdud Şəxslərin Cəmiyyəti ilə bağlı idi. Marneuli Avtoparkında 2017-ci ilin korrektə olunmuş ştat sayının təsdiqlənməsi var idi. Məsələ ətraflı müzakirə edildi ancaq son dəqiqədə rəhbərlik qərar verdi ki, məsələ yeni ildən sonraya saxlanılsın”.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register