Ninotsminda bələdiyyə məclisinin 8 deputatı Ermənistan vətəndaşıdır

news

“Azad Gürcüstan”-ın məlumatına görə, Ninotsminda bələdiyyə məclisinə “Gürcü Arzusu”nun siyahısı üzrə daxil olmuş 8 deputat Ermənistan vətəndaşıdır. Bu haqda “Azad Gürcüstan”ın bəyənatında deyilir.

21 oktyabr özünüidarəetmə seçkiləri nəticəsində Ninotsminda Bələdiyyə məclisinə “Gürcü Arzusu”nun siyahısı ilə 8 Ermənistan vətəndaşı seçilib: Sumbat Kiureğyan (Məclis sədri), Vağinak Arzumanyan, Ararat Nanayan, Mkrtiç Nanayan, Qriqori Şamilyan, Andranik Mkrtçyan, Seda Darbinyan, Vağinak Qazaryan.

Onların hamısı Ermənistan Respublikasının seçicilər siyahısında qeydiyyatdan keçib. Müvafiq sənədi “Azad Gürcüstan”ın hüquq xidməti əldə edib.

Gürcüstan qanunvericiliyinə əsasən xarici ölkə vətəndaşlığının alınması Gürcüstan vətəndaşlığının itirilməsi deməkdir. “Gürcü Arzusu” isə onların vətəndaşlığını əllərindən almayıb, əksinə, sərhədyanı bələdiyyənin idarəçiliyini verib.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register