Mixeil Saakaşvilinin məhkəmə prosesi davam edir
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin məhkəmə prosesi davam edir. Saakaşvilinin dediyinə görə, onu həbsxanaya qaytarsalar, aclıq aksiyasına davam edəcəkdir.
“Uniani” müxbirinin məlumatına görə, bu haqda Saakaşvili Kiyevin Peçerski rayon məhkəməsində iclasın başlanmasından əvvəl jurnalistlərə bildirib.
O, qeyd edib ki, “oliqarx rejimin əsiri olmaq” arzusunda deyil.
“Əgər məni həbsxanaya qaytarsalar, aclıq aksiyasına davam edəcəm. Mən hər kəsə prezidentin necə işləməli olduğunu göstərdi. İndi isə hər kəsə göstərirəm ki prezident necə ölə bilər”, – deyə Gürcüstanın keçmiş prezidenti bildirib.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments