Gücləndirilmiş nəzarət nəticəsində Marneuli uşaq bağçalarında 200 000 lariyədək pula qənaət edilib

SAMZAREULO

Marneulidə yerləşən uşaq bağçalarının mətbəx və anbarlarına videokamera quraşdırılıb ki, bu da bağçalar üzərində nəzarətin gücləndirilməsi deməkdir. Biz “Çiora” Marneuli 3 saylı uşaq bağçasında olduq, Bağçanın rəhbəri Ketevan Minadze bildirir ki, bir neçə il əvvəl bağçada yeməklərin azalması qeydə alınmışdı, lakin kiminsə oğurlamasına şahid olmamışdılar.

“Nəzarət var, rəhbər həm burada kiminləsə danışsın, həm orada nəzarət etsin, fikrimcə bu kameralar çox yaxşıdır.

Əvvəllər, çox-çox əvvəl, biz özümüz yoxlayırdıq, o zaman özümüz, valideynlər pul yığıb alırdıq. Yemək azalanda əməkdaşları şəxsən özüm yoxlayırdım, lakin oğurluq aşkarlanmırdı, şübhəmiz var idi, bəlkə də biz tuta bilmirdik”.

Bununla belə Marneuli 4 saylı uşaq bağçasında bir neçə həftə əvvəl əməkdaşlar tərəfindən yeməklərin oğurlanmasına cəhd edilməsi faktı aşkarlandı. Bu isə həmin əməkdaşların işdən çıxarılması ilə nəticələndi.

Ketevan Minadzenin dediyinə görə, yeməklərin kamera qarşısında qramla təhvil alınması və hazırlanmağa başlanılmasından sonra yeməklərin oğurlanma riski azalıb. Çiora uşaq bağçası 280 uşaq üçün nəzərdə tutulub. Lakin hazırda 440 uşağa baxmaq məcburiyyətindədirlər. Bağça rəhbərinin dediyinə görə, uşaqların olduğu otaqlarda kamera quraşdırılmasa da, bununla belə onlar tərəfindən nəzarət edilir.

“Ya mən, ya metodist, ya da başqa bir müəllim, bunun üçün qrup da ayırmışıq, nə qədər yemək qoyurlar, porsiya nə qədərdir, nə qədərini uşaq yemir, qalır, nə qədərini uşaq yeyir. Bunları biz yoxlayırıq”.

Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmovun dediyinə görə, uşaq bağçalarında bir il müddətində təxminən 200 000 lari qənaət edilib, bu isə gücləndirilmiş monitorinqin nəticəsidir. Həmçinin bir neçə aydır ki, mətbəx və anbarlarda video nəzarət həyata keçirilir.

“Məhsuldan, uşaqların sayından, və digər göstəricilərdən. Bağçaların mətbəxlərində kameralar quraşdırılıb. Uşaqların sayına görə yeməklərin hazırlanmasının gündəlik monitorinqi aparılır. İndi blirik hansı bağçada neçə uşaq var, gündəlik neçəsi gəlir. Qənaət də buradan irəli gəlir”.

Zaur Kərəmovun dediyinə görə, 200 000 laridən müəyyən məbləğ bağçalar üçün lazımi inventarların alınmasına xərclənib, qalan hissəsi isə dövlət büdcəsinə qaytarılıb. Onun dediyinə görə, bağçalarda monitorinqin daha da gücləndirilməsi çox mühümdür və yaxın gələcəkdə uşaqların olduğu otaqlarda da video nəzarətin həyata keçirilməsi planlaşdırılır.

Marneuli radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register