Marneuli merinin yeni köməkçisi ona əhali ilə görüşlərdə də kömək edəcək

abazovi

Bələdiyyə məclisinin dekabr ayının 8-də keçirilən iclasında müzakirə olunacaq məsələlərdən biri merin mer köməkçisi vəzifəsinin əlavə olunması barədə məktubu idi. Merin ikinci köməkçisi vəzifəsinin əlavə olunmasını Bələdiyyənin Administrasiya Xidmətinin rəhbəri Nino Dekanoidze keçən il meriyaya olunan müraciətlərin sayının çoxalması ilə izah edir və bildirir ki, merin bir köməkçisi yalnız müraciətlərə nəzarət etməlidir. Bələdiyyə məclisi əksərriyətindən fərqli olaraq, “Avropalı Gürcüstan” fraksiyasının sədri Əhməd İmamquliyev bu məktubu dəstəkləməyib.

“Mən dəstəkləmədim, çünki merin elə də üç müavini, bir köməkçisi var. Buradan irəli gələrək, beşinci vəzifəyə ehtiyac yoxdur. Məsələ bundadır ki, guya görüşlərə getməklə bağlıdır. Lakin mən fikirləşirəm ki, bələdiyyəmizdə PR xidməti var və onlar ictimaiyyət və bələdiyyə arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrlə bağlı məsələləri təmin etməlidirlər”.

Marneuli Bələdiyyəsi Administrasiya Xidmətinin rəhbəri Nino Dekanoidzenin dediyinə görə, Administrasiya Xidmətinin nizamlaması ilə PR şöbəsinin funksiyaları tamamilə müəyyən edilib və bu mer köməkçisinin funksiyalarından tamamilə fərqlənir.

“Bu əsasən mer tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi olacaq. Bu tapşırıqlar müəyyən şifahi tapşırıqlar, əhali ilə görüş, texniki xarakterli və ya ümumiyyətlə məlumat sənədləri ilə bağlı tapşırıqlar olacaq. Köməkçi görüşlərdə meri müşaiyət edəcək. Onun əhali ilə çoxlu görüşləri olacaq”.

Merin ikinci köməkçisi vəzifəsinə qəbul isə güman ki, bu həftə elan ediləcək. Sadələşdirilmiş müsabiqə və müsahibə keçdikdən sonra isə onun kimliyi də məlum olacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register