Tender tələbi – 5 illik səhnə təcrübəsi

axali-weli-marneulshi

Yeni ilə 20 gün qalıb. Yeni il münasibəti ilə tədbir təşkil edilməsi üçün Marneuli bələdiyyəsi dekabr ayının 1-də tender elan edib. Tender iştirakçılarının ərizələrinin qəbuluna dekabr ayının 9-dan başlanılıb və bu gün, dekabrın 11-də ərizələrin təqdim olunması üçün son gündür.

Tender sənədinə görə, tender aşağıdakı şərtlərlə elan olunub:

  • 18-35 yaşlarında 4 qız və iki oğlan (ən az 1 müğənnin həmçinin teatr aktyoru və tanınmış olmalıdır) olmaqla cəmi 6 müğənni
  • Repertuar – yeni il mövzusunda xarici (çox hissəsi) və gürcü hitləri olmalıdır. Hər bir müğənni ən az 4-5 mahnı ifa etməlidir. Həmçinin konsertin sonunda bütün müğənnilər birlikdə bir mahnı ifa etməlidirlər.
  • Müğənnilərin ən az 5 illik səhnə təcrübəsi olmalıdır, yerli və ya beynəlxalq müsabiqələrin və festivalların iştirakçısı, laureatı, yarımfinalçısı və ya finalçısı olmalıdır.
  • Aparıcılar – yumoristik veriliş və tədbirlərdə iştirak təcrübəsi, həmçinin irimiqyaslı tədbirlərin təşkili və aparıcılığı təcrübəsi olan iki peşəkar aktyor aparıcı kişi. Həmçinin mövzuya uyğun bir mahnı oxumalıdırlar. Aparıcıların vəzifəsi şou elemetləri ilə yeni il şou-proqramına rəngarənglik qatmaqdır.

Təkliflərin qəbulu üçün son vaxt bu gün 11 dekabr saat 16:00 idi və bu vaxta qədər tenderdə iştirak etmək üçün heç kəs müraciət etməyib.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register