“Müzakirə nöqtəsi” – “Marneuli” Radiosu yeni müəllif verlişinə başlayır

Samira-Emin

İcma radiosu “Marneuli” efirdə yeni “Müzakirə nöqtəsi” adlı verlişə başlayır. Verlişi könüllü olaraq Marneulinin fəal vətəndaşları Samirə Bayramova və Emin Yadigarov aparacaq.

Hər həftənin üçüncü günü, saat 19:00-da canlı yayımda verlişin müəllifləri bir mövzu seçəcəklər və bunun ətrafında müzakirə aparacaqlar. Dinləyicilərin isə Facebook Live vasitəsilə öz fikirlərini bildirmək və aparıcılarla müzakirə etmək imkanı olacaq.

Mövzulardan dolayı verlişin aparıcıları qonaqlar dəvət etməyi və onlarla birgə aktual mövzuları müzakirə etməyi planlaşdırırlar.

Verlişin müəlliflərindən biri, Samirə Bayramova deyir ki, Marneulidə məlumat almaq həmişə problem olub.

“Artıq illərdir ki, Marneulidə mülki cəmiyyət formalaşmır. Düşünürəm ki, bu bələdiyyədə yaşayan biz vətəndaşlara da öhdəlik düşür və öz vətəndaş fəallığının artmasıa öz qatqımızı daxil etməliyik Müəllif verlişi yalnız təşəbbüs və dəyişiklik üçün bir istəkdir. Bilmirən nə dərəcədə yaxşı alınacaq, əvvəlcədən qiymətləndirmirəm”, – deyir Samirə Bayramova.

O, eləcə də qeyd edir ki, verlişin gücləndirilməsi üçün dinləyicilərin fikirləri nəzərə alınacaq.

Verlişin ikinci aparıcısı Emin Yadigarov, illər ərzində xaricdə təhsil alırmış və çalşırmış. Marneuliyə qayıdan kimi dostları ilə birgə müxtəlif aktivliklərə qoşulub.

Onun verliş çərçivəsindəki devizi gənclərin təhsil alması, düşünməsi, həqiqəti demək və öz fikirlərini bildirməkdən heç vaxt qorxmamalarıdır.

“Gənclərin gələcəyi üçün tənqidi düşüncə çox əhəmiyyətlidir. Biz bu verliş çərçivəsində təhsilin əlçatanlığı, mütaliə haqqında danışmaq istəyirik və söhbətə çoxlu gənc qoşmağı düşünürük”, – deyir Emin Yadigarov.

Verliş canlı yayıma hər çərşənbə günü saat 19:00-da çıxacaq.

İcma Radiosu “Marneuli”nin prinsipi odur ki, icmada yaşayan aktiv vətəndaşlara radio vasitəsilə özlərini ifadə etməyə, Ədəbiyyat, musiqi, səyahət, innovasiyalar və bir çox mövzulara aid könüllü başlanğıcla öz müəllif rubrika və ya verlişlərini hazırlamağa imkan yaratmaqdır.
Bizə qoşulun və öz müəllif verlişinizi yaradın. Yeni sahə yaradın ki, sizin inkişafınıza dəstək olsun və dinləyicilərə də maraqlı gəlsin.
Zəng vurun – 557 994415 və ya bizə qeyd olunan elektron ünvana yazın: marneulifm.ge

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register