Ukrayna Baş Prokurorluğu Mixail Saakaşvilinin həbs tədbirindən kənar qalması qərarını şikayət edəcək

Ukrayna Baş Prokurorluğu Mixail Saakaşvilinin həbs tədbirindən kənar qalması haqqında məhkəmə qərarını şikayət edəcək.
Bu haqda Baş Prokror Yuri Lutsenko bildirib.
“Mən hakimin qərarı ilə razılaşmıraş. Mən təsəvvür edə bilmirəm ki, hansısa başqa ölkədə vətəndaşlığı olmayan şəxs güclə sərhəddi pozsun”, – qeyd edib Baş Prokuror.
Lutsenko təsdiq edir ki, Saakaşvili Kurçenkonun pulu ilə “Hakimiyyəti yıxmaq üçün hərəkat təşkil edirdi”.
“Bundan sonra o, hərəkat təşkil edirdi ki, hakimiyyəti yıxsın. Kurçenko ilə razılaşıb ki, ondan yardım alsın. Onun sağ əli – Danqadze yüz minlərlər dollar alır və bu Ukrayna ərazisində qeydə alınıb. Bu sübutları biz məhkəməyə təqdim etdik. Buna baxmayaraq hakim onu azad etdi. Ukraynanın Baş prokurorluğu Appelyasiyaya müraciət edəcək”, – bildirib Lutsenko.
Mənbə: İpn.ge
marneulifm1106 Posts
0 Comments