Dövlət Təhülkəsizlik Xidməti rüşvət götürdüyünə görə Krdzanisi icra hakimiyyəti şöbəsinin əməkdaşını həbs edib

შსს

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rüşvətə qarşı çalışan Agentliyinin əməkdaşları, rüşvət götürmə faktına görə, Krdzanisi rayon icra hakimiyyətinin hərbi şöbəsinin aparıcı mütəxəssisi Merab Q. Həbs ediblər.

İPN-ə DTX-dən verilən məlumata görə, istintaq aşkar edib ki, saxlanılan 25 yaşlı vətəndaşdan, hərbi öhdəliyini ixtisara salmaq üçün rüşvət şəklində 1000 lari ödəməsini tələb edib.

“8 dekabrda saxlanılan şəxs, vətəndaş tərəfindən tələb olunan məbləğin bir hissəsini 650 larini alıb və bildirib ki, o, hərbi xidmət öhdəliyindən azad olunub. 2017-ci ilin 11 dekabrında, qeyd olunan şəxs vətəndaşdan rüşvətin qalan hissəsini 350 larini alıb və bu zaman o, Agentlik əməkdaşları tərəfindən saxlanılıb”, – bildirilir DTX-nin bəyənatında.

Mənbə: İpn.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register