Müəllimlər və direktorlarla “Liderlər Akademiyası” haqqında görüş keçirildi

direqtori

Bu gün, 12 dekabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində müəllimlərin və məktəb direktorlarının peşəkar inkişaf layihəsi “Liderlik Akedemiyası” haqqında görüş keçirildi. Görüşdə Marneuli və Loqadexidən olan məktəb direktorları iştirak edirdilər. Görüş və layihə haqqında Müəllimlərin Peşakar İnkişaf Milli Mərkəzinin təlimçisi Mamed Mirzəyev danışdı və o “Marneuli” Radiosuna bildirdi ki, layihə çərçivəsində məktəb direktorlarının və sistem fənnlərinə aid olan müəllimlərin hazırlanmasını nəzərdə tutur. Layihə bir ildir başlayıb və 2018-ci ildə başa catacaq.

Təlimçi onu da əlavə etdi ki, bu günkü görüşdə digər regionlardan da iştirakçılar görüşdə iştirak edir.

Görüşdə iştirak edən məktəb direktorları bu cür təlimlərin keçirilməsinin onlar üçün çox önəmli olduğunu dedilər.

Loqadexidən olan Gəncəli məktəbinin direktoru Əbülfət Paşayev “Marneuli” Radiosuna müsahibəsi zamanı bildirdi ki, bunan əvvəlki görüşlərdə alıdığı bilikləri məktəblərində tətbiq edib və yaxşı nəticələr əldə edib.

Xatırladaq ki, müəllimlərin və məktəb direktorlarından peşəkar inkişaf layihəsi “Minilliyin Çağırışı Fondu – Gürcüstan” ümumi təhsil komponenti çərçivəsində Amerika Birləşmiş Ştatlarının Minilliyin Çağırışı Korporasiyasının (MCC) ikinci kompaktının maliyyə dəstəyi ilə həyata keçirilir.

Liderlik Akedemiyasının təlimlərinin ikinci mərhələsinin 2017-ci ilin dekabrın 15-də başlaması nəzərdə tutulub və ikinci və üçüncü liderlik akademiyası isə 2018-ci ilin sonuna qədər başa çatırılacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register