Ekspertlər tərəfindən tənqid olunan və Marneuli bələdiyyə məclisi tərəfindən bəyənilən dəyişikliklər

sakrebulos sxdoma

Gürcüstanın yerli özünüidarəetməsi haqqında qanuna dəyişikliklər daxil olur. Dəyişikliklər nəticəsində 71 yerli özünüidarə bələdiyyəsinin əvəzinə Gürcüstanda 64 bələdiyyə olacaq. Saydan əlavə, bələdiyyə məclisi ilə bağlı funskiyalar da dəyişir. Yerli bələdiyyə məclisində indiyə qədər müxtəlif siyasi qüvvələr fraksiyalarda birləşdirdilər. Onların yeganə funksiyası siyasi maraqlar aparmaq idi.

Bələdiyyə məclisinin deputatlığı maaşlı vəzifə deyil, ancaq fraksiya sədri vəzifəsinə görə maaş alır. Dəyişikliklərə əsasən fraksia sədrinin fraksiya müavini olacaq və bu ödənişli vəzifə olacaq. Ekspertlər bu dəyişikliyi mənfi dəyərləndirirlər, mülki mədəni beynəlxalq mərkəzin nümayəndəsi Kote Kandelakinin dediyinə görə, fraksiyaların funksiyası o dərəcədə vacib deyil ki, ona görə yeni vəzifə əlavə olunsun və buna yerli özünüidarə büdcəsindən məbləğ  xərclənsin.

“Mənim firkimcə bu əsassızdır. Fraksiyanın  elə də böyük funksiyası yoxdur ki, müavin olsun. Bələdiyyə məclisi indi əlavə olaraq onlara da maaş ödəyəcək. Bundan əvvəlki bələdiyyə məclisində də bir çox fraksiyalar var  idi”.

Biz Marneuli bələdiyyə məclisinin sədri Amiran Qiorqadze ilə müsahibə yazdıq ki, görək fraksiyalarla bağlı gözlənilən dəyişikliyi necə dəyərlədirir. Amiran Qiorqadze  hesab edir ki, yerli özünüidarənin büdcəsi ilə bələdiyyə məclisinə daxil olan partiyaarın gücləndirilməsi əsaslıdır.

“Ştat yaranır və işlə təmin olunacaqlar. Fraksiya müavini artıq vəzifədir. Fraksiya bələdiyyə məclisində siyasi partiyaların  nümayəndəliyidir. Siyasi partiyaların siyasi fəaliyyətini gücləndirirlər. Bu bizim səviyyədə qəbul edilmir. Buna hakimiyyət qərar verir. Partiyalar isə bilirik ki, Mərkəzi büdcədən maliyyələşirlər. Biz əlavə edirik. 8 fraksiyamız var idi azaltdıq indi 2 fraksiya var. 4 fraksiyamız olacaq və qeydiyyatdan keçəcəklər”.

Gürcüstan Parlamenti yerli özünüidarəetmə qanununa daxi ediləcək dəyişiklikləri hələ təsdiqləməyib.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register