EMC: “Dövlətin Patriarxlığa qarşı heç bir oxşar öhdəliyi yoxdur”

sapatriarko

Marneuli Bələdiyyəsində Qırmızı Körpü ərazisində yerləşən 1 hektar  torpaq Gürcüstan Patriarxlığına 3 noyabr sərəncamına əsasən verilib. Qeyd olunan faktı yerli özünüidarədən də təsdiqləyirlər. Ancaq bizə izah etmirlər ki, nəyin əsasında qeyd olunan ərazinin təmənnasız şəkildə, Patriarxlığa verilməsi baş tutub.

“Biz Qırmızı Körpü ərazisində kilsə ətrafında yerləşən torpaq sahəsini vermişik”.

İnsan hüquqlarının öyrənilməsi və Monitorinq Mərkəzinin  Tolerantlıq və Rəngarənglik İnstitutunun hüquqşünası Eto Qvridaşvili patriarxlığa qeyd olunan torpaq sahəsinin verilməsini mənfi dəyərləndirir.

“Dövlət oxşar hərəkətləri əsasən belə izah edir ki, Gürcüstan Patriarxlığının Şura İdarəçiliyinin rejimi zamanı Patriarxlığa zərər dəyib. Məhz Konstitusional razılıq bu ziyanın qarşılanmasını nəzərəd tutur. Dövlətin Patrairxlıq qarşısında oxşar privilegiya ilə heç bir öhdəliyi yoxdur. Konstutisional razılıq yalnız bu gün Patriarxlıqla hansısa əlaqədə olan tikilələrin verilməsini nəzərdə tutur. İctimai Hüquqi Şəxs olan birliklə Konstitusional razılıq bağlamaq düzgün deyil”.

Eto Qvritaşvli başqa dini təbəqələri qeyri-bərabər şəraitlərdə qoyan prosesləri izah edir.

“Fəaliyyətdə olan erməni kilsələrinin hamısı dövlət mülkündədir. Onlara mülk hüququ verilmir və bu halda Provoslav kilsəsinə qarşı başqa yanaşma var”.

Hüquqşünas “Marneuli” Radiosu ilə söhbəti zamanı dövlət mülkünün başqasına verilməsi diqqətə yetirir və deyir ki, məqsədin dəyərləndirilməsi vacibdir.

“Dövlət mülkünün veriməsindən əvvəl mütləq bu konkret ictimai yaxşılığın daha yaxşı məqsədlər üçün istifadə olunması nə dərəcədə mümkün olması dəyərləndirilməlidir. Dövlət mülk sahibi deyil ki, belə asan şəkildə mülkün kimə verilməsinə qərar versin”.

Marneuli Bələdiyyəsinin torpaqları ilə birgə Patriarxlığa Dedoplicğaroda da 693 kvadrat metr sahəsində torpaq sahəsi verilib.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register