Bu gün Kvemo Kartlinin regional mərkəzinin təqdimatı oldu

shexvedra

Bu gün, 12 dekabr tarixində Marneulidə, Mülki Məşğulluq Mərkəzində “Mülki cəmiyyətin inkişaf təşəbbüsü” Kvemo Kartlidə regional sahənin təqdimatını etdi.

“Mülki cəmiyyətin inkişaf təşəbbüsü” layihəsinin məqsədi Gürcüstanda mülki cəmiyyət mühitinin yaxşlaışdırılmasına, mülki ictimai təşkilatların gücləndirilməsinə dəstək olmaq, onların vətəndaşlara qarşı hesabatlılığını artırmaq və başqa faktorlarla əlaqələri möhkəmləndirməkdir.

Regional səviyyədə təcrübəni bölüşmək və əməkdaşlığa dəstək üçün regionlarda 10 regional sahə seçilib. Kvemo Kartli regionunda – Mülki İnteqrasiya Fondu seçilib.  Layihəsnin koordinatoru Ləman Məmmədova layihənin əhəmiyyətindən danışdı.

Görüşə dəvət edilmiş cəmiyyət sahənin rolu və funksiyası, “Mülki cəmiyyətin inkişaf təşəbbüsü”nün gələcək planları  və regionların əldə edəcəyi səmərə ilə tanış oldular.

Təqdimata regionun ictimai təşkilatları, media və yerli özünüidarəetmə nümayəndələri, mülki liderlər dəvət olunmuşdular. Tədbirdə iştirak edən qeyri-hökumət təşiklatların nümayəndələri “Marneuli” Radiosuna danışdılar.

Tədbir “Mülki cəmiyyətin inkişaf təşəbbüsü” çərçivəsində Mülki İnteqrasiya Fondu tərəfindən təşkil edilmişdi. Layihə Avropa İttifaqı və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf  Nazirliyi tərəfindən  maliyyələşib.

Layihəni Konrad Adenauri Fondunun rəhbərliyi ilə Konsorsium həyata keçirir. Konsorsiuma daxildirlər: Mülki Cəmiyyət İnstitutut, Gürcüstanın  Strateji Tədqiqatlar və İnkişaf Mərkəzi, Konsultasiyalar və Təlimlər üzrə Mərkəz, Kutaisinin Təhsil İnkişaf və İşlə təmin etmə mərkəzi.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register