“Marneuli” Radiosu müstəqil radio olaraq adlandırıldı
2017-ci ilin yerli özünüidarəetmə seçkilərinin media monitorinqi nəticəsində “Marneuli” Radiosu müstəqil radio olaraq adlandırılıb.
“Jurnalistlər hadisələri müstəqil və balanslaşdırılmış şəkildə işıqlandırırdılar, kanal mövzuların rəngarəngliyi, müxtəlif təcrid olunmuş qrupların mühitinin mühafizəsi və ya iqtisadi problemlərini irəli sürməklə seçilirdi. Jurnalistlər eksklüziv sujetlər də hazırlayırdılar və erkən evlilik, qadınların siyasətə qoşulması, azlıqların hüquqları kimi mövzulara toxunurdular. Bəzən onlar tərəfindən aşkarlanan problemlər digər media vasitələrinin diqqətini də çəkirdi və regionun lokal miqyasında qala biləcək problem ölkə miqyasında əsas mövzuya çevrilirdi. Məsələn, jurnalistin Marneulinin yeni seçilmiş merinə qadınların onunla görüşdə niyə iştirak etməməsi haqqında sualı mediada aktual mövzu oldu. “Marneuli” Radiosu Kvemo Kartlidə gedən hadisələri tənqidi olaraq işıqlandırırdı. Jurnalistlər bir dəfə işıqlandırılan mövzulara sonradan yenə qayıdırdılar, bu isə məsuliyyətli radio yayımının indikatorlarından biridir”.
“Internews-Gürücstan”ın tədqiqatçısı Zakari Tavberidze bu gün, Tbilisidə baş tutan media monitorinqin nəticələrinin elan olunması zamanı “Marneuli” Radiosunun peşəkarlığını diqqətə yetirib.
“Marneuli” Radiosu haqqında birmənalı şəkildə deyə bilərik ki, bu tərəqqiyə gedən radiodur və yeni fəaliyyətə başlayıb. Onun əsasən texniki problemləri var idi. Əlbəttə, deyə bilərik ki, bu gender baxımından həssas radio yayımdır, bu problemi həmişə ön plana çəkirdilər. Jurnalistlər hakimiyyətə və ya onların nümayəndələrinə tənqidi suallar verməkdən çəkinmirlər. Müqayisədə daha dərin və analitik xəbər buraxılışları alınır. Ən əsası zamanla tərəqqiyə gedirlər. Başlanğıcda olan səhvlər monitorinqin sonunda yox idi. Ona görə də bu radio ilə bağlı olduqca müsbət tendensiyalar alındı”.
“İnternews-Gürcüstan” BMT-nin İnkişaf Proqramı layihəsinin “Gürcüstanın 2017-ci il yerli özünüidarəetmə seçkilərinin media monitorinqi”nin çərçivəsində radio yayım tərəfindən 2017-ci ilin yerli özünüidarəetmə seçkilərinin işıqlandırılmasını müşahidə edirdi. Monitorinq 2017-ci ilin 19 iyununda başlayıb və 2017-ci ilin 19 noyabrında başa çatıb. Müşahidə 14 Radio yayımın axşam xəbər buraxlışlarında aparılırdı.
“Marneuli” Radiosu
marneulifm1106 Posts
0 Comments