Gürcüstanda uşaq yeməklərində bakteriya aşkarlanıb

uşaq qidası

Fransa şirkəti Lactalis uşaq qidasının son partiyasını geri aparacaq. Bunun səbəbi, bir neçə ölkədə həmin qida məhsulunda “salmonella” bakteriyasının aşkarlanması olub. Bu barədə məlumatı “CNN” və “Amerikanın” səsi yayıb. Fransada, uşaqlarda salmonella bakteriyasının yayılmasının 26 halı aşkarlandıqdan sonra, şirkət öz məhsulunu müxtəlif ölkələrdən geri çəkməyə qərar verdi.

Lactalis məhsulu Çinə, Yunanistana, Taivana, Pakistana, İraqa, Marokkoya, Libana, Səudi Ərəbistana, Rumıniyaya, Serbiyaya, Haitiyə, Kolumbiyaya, Peruya və Gürcüstana da daxil olurdu. Fransa iqtidarı ixracatı qadağan edilən məhsulların siyahısını yayımladı. Onların arasında Celia, Milumel və Picot məhsulları da var. “Frans Pres” agentliyinin məlumatına görə, Lactalis şirkəti, məhsul ilə yaranan problemə görə, ictimaiyyətdən və xəstələnən uşaqların ailələrindən üzr istəyir. Söhbət 7700 ton məhsuldan gedir.

Uşaq qida məhsullarını istehsal edən Lactalis şirkəti istifadəçilərə müraciət edir ki, Celia, Picot və Milumel məhsullarından istifadə etməsinlər. Əgər uşaq qidası iki dəqiqə qaynadılmasa, Salmonella bakteriyası uşaqları zəhərləyə bilər və atəşinin yüksəlməsinə səbəb ola bilər. Şirkətin bəyanatında deyilir ki, məhsulun dezinfeksiya və sanitar prosedurları həyata keçirilir və təhlükənin aradan qaldırıldığından sonra, məhsul yenidən istehsal ediləcək. Ona qədər isə, şirkət bütün ölkələrdən məhsulun son partiyalarını geri aparır.

Gürcüstana da ixrac olunan məhsullarda bazardan yığışdırılır. Bu haqqda Gürcüstanın Qida Qorunmasının Milli Agentliyi məlumat verib. Bəyanat da bildirilir ki, bütün bazarlardan və market şəbəkələrindən Lactalis şirkətinin məhsullarının çıxardılmasına başlanıldı. Agentliyinin yaydığı məlumata görə, Dünya Səhiyyə Təşkilatından gələn xəbərə əsasən, qeyd olunan şirkətin məhsullarında bazarlardan çıxarılır.

Xatırladaq ki, Fransa şirkəti Lactalis uşaq qidasının son partiyasını bütün ölkələrdən geri aparacaq. Onlar Celia, Picotvə Milumel məhsullarıdır.

Mənbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register