Bələdiyyənin veb-səhifəsində bir ildən artıqdır ki, bərpa işləri gedir

marneuli-gov-ge 22

Bir ildən artıqdır ki, “Marneuli” Radiosu Bələdiyyənin rəsmi veb-səhifəsi haqqında davamlı məlumat paylaşır. Səhifənin idarə olunmaması, fəaliyyətsiz qaynar xətt, elektron poçtlarda  səhvlər – bunlar “Marneuli” Radiosunun diqqətə yetirdiyi problemlərdən bir neçəsidir.

Bizim yayımladığımız sonuncu məlumat, Bələdiyyənin səhifəsindən “AZE” düyməsinin yox olasına aid idi. Dinləyicilərə yaxın gələcəkdə merianın rəsmi müsahibəsini verəcəyimizə dair vəd verdik. Qeyd olunan materialı 1 dekabr tarixində yayımladıq və bundan sonra bələdiyyənin piar şöbəsi ilə davamlı şəkildə əlaqə saxlayırdıq və xahiş edirdik ki, rəsmi müsahibə versinlər. Amma onlar müsahibədən çəkinirdilər. Bu gün, 13 dekabr tarixində Marneuli Bələdiyyəsinin piar və məlumat şöbəsinin rəhbəri, Mariam Xaçidzedən  bir daha xahiş etdik ki, səhifənin idarə olunmaması ilə bağlı müsahibə versinlər və bundan sonra o, bizə rəsmi məktub yazdı:

“Xatırladaq ki, Marneuli Meriasında strukturla bağlı yenidənqurma proseslərinə müvafiq olaraq səhifənin bərpası və merianın sərəncamına uyğun olaraq, onun tərkib və texniki hissəsində tənzimləmə işləri gedir.

Bundan dolayı, veb-səhifəyə dillərin əlavə olunması məsələsi test rejimdədir. Bundan dolayı, qeyd olunan prosesin başa çatmasından sonra, yaxın gələcəkdə səhifənin tam formasını sizə təqdim edəcəyik.”

“Marneuli” Radiosu artıq doqquz aydır ki, bələdiyyənin veb-səhifəsinin bərpasını müşahidə edir. Bizim ilk dəfə hazırladığımız materialda isə Marneuli Bələdiyyəsinin Analiz və İctimaiyyətlə Əlaqələr şöbəsinin o zaman fəaliyyətdə olan rəhbəri, Tinatin Maşaneişvili qeyd edirdi ki, səhifənin bərpası prosesi 2016-cı ildən başlayıb.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register