Uşaq qidasında aşkarlanan bakteriya haqqında Marneuli əczaxanalarının məlumatı yoxdur

uşaq qidası

Fransa şirkəti “Lactalis” uşaq qidasının son hissəsini geri aparacaq. Bunun səbəbi, bir neçə ölkədə həmin qida məhsulunda “Salmonella” bakteriyasının aşkarlanması olub. Fransada, uşaqlarda salmonella bakteriyasının yayılmasının 26 halı aşkarlandıqdan sonra, şirkət öz məhsulunu müxtəlif ölkələrdən geri çəkməyə qərar verib. Həmin məhsullar Gürcüstan bazarında da mövcudur.

Uşaq qida məhsullarını istehsal edən “Lactalis” şirkəti istifadəçilərə müraciət edir ki, Celia, Picot və Milumel məhsullarından istifadə etməsinlər. Əgər uşaq qidası iki dəqiqə qaynadılmasa, Salmonella bakteriyası uşaqları zəhərləyə bilər və atəşinin yüksəlməsinə səbəb ola bilər. Şirkətin bəyanatında deyilir ki, məhsulun dezinfeksiya və sanitar prosedurları həyata keçirilir və təhlükə aradan qaldırıldıqdan sonra, məhsul yenidən istehsal ediləcək. Ona qədər isə, şirkət bütün ölkələrdən məhsulun son hissəsini geri aparır.

Gürcüstana da ixrac olunan məhsullarda bazardan yığışdırılır. Bu haqda Gürcüstanın Milli Ərzaq Mühafizəsi Agentliyi məlumat verib. Bəyanatda bildirilir ki, bütün bazarlardan və market şəbəkələrindən “Lactalis” şirkətinin məhsulları çıxarılmağa başlayıb.   Milli Ərzaq Agentliyi tədqiqat aparır. Qanunvericiliklə nəzərdə tutulan tədbirlər və məhsulun bazardan çıxarılması prosesi gedir. Dünya Səhiyyə Təşkilatından gələn xəbərə əsasən, qeyd olunan şirkətin məhsulları bazarlardan çıxarılır.

Biz Marneuli ərazisində olan əczaxanalara getdik və oradan bildirdilər ki, onların bu haqda heç bir məlumatı yoxdu. Lazım olduğu halda satışları dayandıracaqlarını bildirdilər.

Xatırladaq ki, Fransa şirkəti “Lactalis” uşaq qidasının son hissəsində “salmonella” bakteriyasının aşkarlanması qeydə alınıb və satışı həyata keçirilən bütün ölkələrdən həmin məhsullar geri aparılır. Celia, Picot və Milumel məhsullarını hansısa satış obyektində gördüyünüz halda Gürcüstanın Qida Mühafizəsinin Milli Agentliyinin qaynar xəttinə, 1501 nömrəsinə zəng edib bu haqda məlumat verə bilərsiz.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register