İctimai müəssislərdə əmək haqqının ödənilməsi mövzusu ətrafında sual işarələri

fuli

İctimai müəssisədə əmək haqqı qaydası dəyişir. Qanun bütün büdcə təşkilatlarına aiddir. Qanunlayihənin əsas məqsədi indiyə qədər çox hallarda aydın olmayan tənzimlənməmiş əmək haqqı məsələlərini qaydaya salmaq, vəzifəli şəxslərə mükafat verilməsini aradan qaldırmaq və əlavələrin kontrolsuz verilməsinə nəzarətdir. “Beynəlxalq Şəffaflıq Gürcüstanın” hüquqşünası qanunvericiliyin səhvlərindən danışır. Qiqi Çixladzenin sözlərinə görə, ictimai müəssisə əməkdaşları üçün  əmsalın təyin olunması problemlidir, onun bəyənatına görə vəzifənin funksional yükü öyrənilməyib.

“10  kateqoriyada  bölümə problemli ola bilər. Məsələn 1 yarım və ya 4 yarım ola bilər. bir yarim və ya dord yarım da təyin edilsə bunu müəssisənin rəhbəri edir. Nəyə əsasən edir qanun buna heçnə demir. Tam sərbəstlik verir”.

Marneuli meriasının hüquqşünası Cemal Dekanoidze qeyd edir ki, bu istiqamətdə meria çalışmalara başlamayıb, ancaq bizi vəzifənin funksional öyrənilməsi ilə bağlı əksinə inandırır.

“Bu layihə ilə bağlı Marneuli bələdiyyəsi hələ çalışmalara başlamayıb. Bildiyimə görə, layihədə detallar nəzərdə tutulub və bəzilsinin çox bəzisinin az əmək haqqı da ola bilər. Bu işin yüklənməsindən asılıdır”.

Qanun istisnaları nəzərə alır və dini, idman, mədəni, tədris, elmi-tədqiqi işlər həyata keçirən munisipal hüquqi şəxslərə aid deyil. Beynəlxalq Şəffaflıq Gürcüstanın hüquqşünası qanunvericiliyin səhvlərindən danışır. Qiqi Çixladzenin sözlərinə görə, belə növ munisipal hüquqi şəxsləri qanunun bu hissəsinə bir növ azadlıq verir ki, müstəqil şəkildə vəzifə haqqını müəyyən etsinlər.

“Bu həmin idman və mədəniyyətlə məşğul olan hüquqi şəxslərə imkan yaratmayacaqmı ki, daha çox adam işlə təmin etsin və ya daha çox belə təşkilatlar yaransın. Belə qanundan yan keçməklə edə bilərlər. Bu həmin təşkilatlara stimul verəcək”.

Qeyri-kommersial hüquqi şəxslərlə bağlı yerli özünüidarəetmədən cavab vermirlər.

“Bununla bağlı indiki mərhələdə detallı məlumat verə bilmərəm”.

2018-2020-ci illərdə qanun bütün ictimai müəssisələrə ödəmə fondunun artırılmasını qadağan edəcək və onlar məcburdurlar ki, 2017-ci ilin təyin edilməsi qorunsun. Ancaq ictimai müəssisənin əmək haqqı qaydasına daxil edilən dəyişiklik mer və bələdiyyə məclisi sədri vəzifəsinə aid deyil.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register