Marneuli bazarında yeni il qabağı qiymətlərdə artım müşahidə olunur

bazar

Yen ilin gəlişi ilə əlaqədar Marneuli bazarında sıxlıq müşahidə olunur. Bazarda istər yerli, istər digər rayonların sakinlərini və həmçinin xarici ölkə vətanaşlarını görmək mümkündür. Hal-hazırda bazarın hər tərəfində piştaxtalarda yeni il ləvazimatlarını görmək mümkündür. Onunla yanaşı pirotexniki vasitələrin satışı da artıb.

İş günü olmasına baxmayaraq hər kəs bazarlıq edirdi. Kimi qida məhsulları, kimi isə meyvə və tərəvəz alırdı. İnsanların yeni ilə necə hazırlaşdığını görmək  olurdu. Yeni il ərəfəsində insanlar əsasən cürbəcür meyvələr almağa üstünlük verirlər. Biz Marneuli bazarında meyvə və tərəvəz məhsullarının qiymətləri ilə maraqlandıq. Ötən ilə nisbətən bu il bazarlarda qiymətlərin necə olması ilə bağlı satıcılara sual ünvanladıq. Onlar bildirdilər ki, bu il bazarda ötən ilki ilə müqayisədə qiymətlər bahadır.

Havanın soyuq olmasına baxmayaraq hər kəs alış-satış ilə məşğul idi. Biz sakinlər arasında da sorğu apardıq və onların bazardakı qiymətlərlə bağlı fikirini öyrənməyə çalışdıq.

Yeni il bayramına 15 gün qalmasına baxmayaraq Marneuli sakinləri indidən bayram hazırlıqlarına başlayıblar. Bazarlarda qiymətlərin günü-gündən artmasından qorxan sakinlər bayram bazarlıqlarını son günə saxlamaq istəmirlər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register