“Cinsi əlaqəyə icazə veririk, evliliyə isə yox?” – Bələdiyyə məclisinin deputatı

sakrebulo

Marneuli Meriyasında qadınların təqlidi bələdiyyə məclisinin ikinci iclası keçirildi. Görüşə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze rəhbərlik edirdi. Təqlidi bələdiyyə məclisinin üzvlərindən başqa görüşdə həqiqi bələdiyyə məclisinin üzvləri də iştirak edirdilər.

Təqlidi bələdiyyə məclisində Marneuli bələdiyyəsinin müxtəlif kəndlərindən qadınlar təmsil olunurlar.

Bugünkü məclisdə yeddi məsələ müzakirə olundu. Deputatların erkən evlilik mövzusu ilə bağlı fikirlərini təqdim edirik.

 

“Erkən evlilik”

İnsan əsrlər boyu davam edən adət ənənələri (evlilik) istəyir, biz bu stereotipləri qıra bilmərik, çünki dinə toxunmalı oluruq. Burada elə məqamlar var ki, ona toxunmaq ağrı və qıcıq doğurur… Zura Çoniaşvili, “Gürcü Arzusu”ndan iki çağırış bələdiyyə məclisi deputatı.

“Bunu həmişə deyirəm, Avropadan, Amerikadan, istənilən başqa ölkədən hər şeyi gətirmək mümkün deyil, orada başqa mentalitetli xalq yaşayır, burada isə başqa mentalitetli, mən 13 yaşlı uşağın evlənməsinin tərəfdarı deyiləm. Lakin əgər o, bunu istəyirsə? Digər tərəfdən baxaq, o, evlənmək istəyirsə, biz ona icazə verməməklə onun hüquqlarını pozmuruq?” – Zura Çoniaşvili, “Gürcü Arzusu”ndan iki çağırış bələdiyyə məclisi deputatı.

“Erkən evliliklə bağlı mən başa düşə bilmirəm siz qarşısının alınması mexanizmini necə təsəvvür edirsiniz?” – Zura Çoniaşvili, “Gürcü Arzusu”ndan iki çağırış bələdiyyə məclisi deputatı.

“Bağışlayın, seksə icazə verilir, evlənməyə isə yox? Bir az cəfəngiyyata doğru getmirik?” – Zura Çoniaşvili, bələdiyyə məclisinin deputatı.

“Haqlısan, haqlısan”… – Əhməd İmamquliyev “Avropalı Gürcüstan”, Nino Beridze Bələdiyyə məclisi aparatının sədri

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register