Marneulili deputat erkən evliliklə mübarizəni Don Kixotun yel dəyirmanı ilə mübarizəsi ilə müqayisə edir

sakrebulo

Marneuli meriyasında qadınların təqlidi bələdiyyə məclisinin ikinci iclası keçirildi. Görüşə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze rəhbərlik edirdi. Təqlidi bələdiyyə məclisinin üzvlərindən başqa görüşdə həqiqi bələdiyyə məclisinin üzvləri də iştirak edirdilər.

Təqlidi bələdiyyə məclisində Marneuli bələdiyyəsinin müxtəlif kəndlərindən qadınlar təmsil olunurlar.

Bugünkü məclisdə yeddi məsələ müzakirə olundu. Deputatların erkən evlilik mövzusu ilə bağlı fikirlərini təqdim edirik.

–Olqa, mülki reyestr həddi-büluğa çatmayanların evliliyini qeydiyyata almır. Onlar sadəcə birlikdə yaşayırlar, evli deyillər. Nəyin mübahisəsini eirik? Bax, yenə cinsi əlaqə mövzusuna gəldik. Nəyin mübahisəsini edirik? Sərbəst seksə icazə verdik, onlarınkı da sərbəst seksdir, lakin kolluqda deyil, bir dam altında. Vəssalam! – Zura Çoniaşvili, “Gürcü Arzusu”ndan iki çağırış bələdiyyə məclisi deputatı.

–Cənab Zura, məsələ bundadır ki, bu halda qız təhsilini nə dərəcədə davam etdirə biləcək. – Olqa Endeladze, “Demokrat Qadınlar Cəmiyyəti”

–Təhsil qanununda yazılıb, budur, resurs mərkəzin nümayəndəsi də burada oturub. Hamilə halda məktəbə gəlirlər və məktəbi bitirirlər. – Zura Çoniaşvili, “Gürcü Arzusu”ndan iki çağırış bələdiyyə məclisi deputatı.

–Cənab Zura, indi haqqında danışdığımız bütün bu məsələlər uydurulmuş deyil və bu barədə çoxsaylı araşdırmalar aparılıb və müvafiq nəticələr də mövcuddur. Təəssüf ki bu da problemdir ki, 15 yaşında həddi buluğa çatmamış evlənən qız, əlbəttə, valideyn olur və ona müvafiq sosial öhdəliklər də həvalə olunur və bu isə onun hüquqlarını məhdudlaşdırır. – Olqa Endeladze, “Demokrat Qadınlar Cəmiyyəti”

–Hüquqlarını deyil, vaxtını məhdudlaşdırır, vaxtını. Hər şeyi öz adı ilə adlandıraq, vaxtını məhdudlaşdırır, hüququnu deyil. – Zura Çoniaşvili, “Gürcü Arzusu”ndan iki çağırış bələdiyyə məclisi deputatı.

–Məhz buna görə də bu problemin qarşısının alınması üçün dövlət səmərəli mexanizm işləyib hazırlamalıdır. – Olqa Endeladze, “Demokrat Qadınlar Cəmiyyəti”

–Dövlət işləyib hazırlayıb. Onun bütün il ərzində məktəbə gəlməmək və ilin sonunda imtahan vermək imkanı var. Biz bu məsələ ilə bağlı uzun müddət mübahisə edə bilərik, buna görə də birbaşa qarşısının alınması mexanizmləri ilə bağlı soruşuram. – Zura Çoniaşvili, “Gürcü Arzusu”ndan iki çağırış bələdiyyə məclisi deputatı.

–Referral (İstiqamətləndirmə), bu Referral (İstiqamətləndirmə) mexanizmi çıxış yoludur. – Olqa Endeladze, “Demokrat Qadınlar Cəmiyyəti”

–Bu Don Kixotun yel dəyirmanı ilə döyüşməsi kimi bir şeydir. – Zura Çoniaşvili, “Gürcü Arzusu”ndan iki çağırış bələdiyyə məclisi deputatı.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register