İctimai müəssisələrdə etnik azlıqların tələbələri təcrübə keçəcəklər

STAJIREBA

Bu gün hökumətin iclasında 1+4 proqramı üzrə təhsil alan tələbələrin ictimai müəssisələrdə təcrübə keçməsi proqramı ilə bağlı rəsmi olaraq qərar qəbul olundu. Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyi aparatında Mülki İnteqrasiya İdarəsinin rəhbəri Eliso Lomidze bildirdi ki, proqramın pilot hissəsi sentyabrda həyata keçirildi. Bunun nəticəsində də 20 ictimai müəssisədə milli azlıqlara mənsub 65 nəfər tələbə təcrübə keçdi.

Biz ilin əvvəllərində dövlət nazirinin təşəbbüsü ilə BMT Assosiasiyası ilə sıx əməkdaşlıq nəticəsində, demək olar ki birgə təşəbbüslə 1+4 proqramı üzrə təhsil alan gənclər üçün təcrübə proqramını həyata keçirdik. Bu bizim idarələrarası komissiyanın xoş niyyətinə əsasən baş verdi. Dediyimiz kimi, pilot proqram idi. Layihə o qədər əks-səda doğurdu ki, gənclər tərəfindən maraq da böyük olduğuna görə, biz qərara aldıq ki, davam etdirilsin. Təbii ki bu birbaşa işlə təmin etmə deyil, lakin işlə təmin olunmağa həvəsləndirmə formalarından biridir.

Təcrübə proqramı açıq müsabiqə yolu ilə baş tutur və elan hr.gov.ge saytında yerləşdirilir. Layihə BMT Fondu Assosiasiyasının dəstəyi ilə həyata keçirilir.

“Marneuli” R

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register