2018-ci il büdcəsinin layihəsi təsdiqləndi
Parlament 2018-ci il büdcəsinin layihəsini təsdiqlədi. Layihənin lehinə 111 səs verilib, əleyhinə çıxan isə olmayıb. Deputatlar gələn ilin büdcə layihəsini dünən keçirilən plenar iclasda müzakirə ediblər. Büdcə parametrlərini Maliyyə naziri Mamuka Baxtadze təqdim edib.
Büdcə layihəsinə uyğun olaraq, büdcəyə vergilərdən daxil olan gəlir proqnozu 10,260 milyard lari həcmində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsi ilə müqayisədə 520 milyon lari çoxdur.
Sənədə əsasən daxili məhsulun dövriyyəsi ilə münasibətdə vergilər gəliri 25.3%-dir. Dövlət büdcəsi gəlirlərinə gəldikdə isə, 2017-ci illə müqayisədə, onun tam həcmi 943,8 milyon lari artır və 12,441 milyard larini təşkil edir.
Mənbə: 1tv.ge
Amil Məmmədov2286 Posts
0 Comments