Parlament iclasında yeni konstitusiya dəyişiklikləri layihəsinin birinci oxunuşda təsdiqlədi

parlament

Gürcüstan parlamenti 14 dekabrda keçiriln iclasında yeni konstitusiya dəyişiklikləri layihəsinin birinci oxunuşda təsdiqlədi.

Səsvermə 13 dekabr tarixində keçirilməli idi, ancaq iclasda yetərli sayda deputatların iştirak etməməsinə görə, proses baş tutmadı və bu günə təxirə salındı.

Qanunverici orqan konstitusiya dəyişiklikləri layihəsinin ikinci oxunuşda müzakirə edilməsini və qəbul edilməsini bu günki plenar iclasda planlaşdırır, üçüncü oxunuşla artıq təsdiqlənməsini isə, parlamentin yaz sessiyasında planlaşdırır.

Yeni konstitusiya dəyişiklikləri bir tərəfdən 2020-ci ildə keçiriləcək parlament seçkiləri üçün bloklarına bir dəfəlik icazə verilməsini təmin edir, digər tərəfdən isə 2024-cü ildən bonus sistemlərini ləğv edir.

Bununla bərabər dəyişikliklər din və Konstitusiya Məhkəməsi ilə bağlı maddələrdən də yan keçmir.

Dəyişikliklərə əsasən seçki normaları və seçkinin qeyri-konstitusion qəbul edilməsi ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsinin səlahiyyətləri genişləndiriləcək və müvafiq şikayətlərin müzakirəsi müddəti 3 aya qədər artırılacaq.

Qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan maddələrdən başqa prezident seçkiləri bölməsində terminologiya dəyişiklikləri də həyata keçiriləcək.

Dəyişikliklər əsasən seçki mövzusuna aiddir. Bonus sisteminin ləğv olunacaq, parlament seçkilərində bütün mandatlar siyasi partiyalar tərəfindən yığılan səslərə görə, proporsiyonal şəkildə bölüşdürüləcək. Həmçinin, seçkilərdə siyasi partiyalardan başqa, bloklar da iştirak edə biləcəklər.

Parlament yeni konstitusiyanı üçüncü oxunuşda, sentyabrın 26-da qəbul etmişdi, ancaq həmin vaxt prezident Qiorqi Marqvelaşvili tərəfindən veto qoyulmuşdu, ancaq parlament çoxluğu həmin vetonu 13 oktyabr tarixində qaldırmışdı. Konstitusiya isə qüvvəyə 2018-ci ildə, yeni prezidentin andiçmə mərasimindən sonra minəcək

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register