Gürcüstanda oyuncaqların yoxlanılması mexanizmi mövcud deyil

satamashoo

Bazarda və ya müxtəlif ticarət mərkəzlərində oyuncaqların geniş çeşidlərinə tez-tez rast gəlirik. Ancaq Gürcüstan bazarında oyuncaqların təhlükəsizliyi və monitorinqi baxımından olan ağır vəziyyətə görə, Gürcüstanın Xalq Müdafiəçisi məlumat kampaniyasına da başladı və tədqiqatı Strategiya və Tədqiqatlar və İnkişad Mərkəzi keçirib. Oyuncaqların yoxlanılmasına 2016-cı ildə başlanılıb və 2017-ci ilin birinci yarısında başa çatıb. Tədqiqata əsasən ölkədə əldə olunan on oyuncaqdan doqquzunda zərərli maddələr aşkarlanıb ki, sağlamlıq üçün zərərlidir və ondan istifadə etmək Avropa İttifaqında qadağandır.

Ticarətçilər oyuncaqları hansı ölkələrdən gətirirlər və onların təhlükəsizliyi haqqında məlumatları var ya yox “Marneuli” Radiosu bununla maraqlandı və biz Marneuli bazarında bir neçə oyuncaq köşkünə getdik. Satıcılar jurnalistləri gördükdə müsahibədən qaçdılar və bəzilər bizə başqa satıcıların yanına getməyi məsləhət gördü.

Əhali oyuncaqları hansı prinsiplə seçir buna əksəriyyət cavab verdi ki, uşaqların nə xoşuna gəlir onu da alırlar. Təhlükəsizlik haqqında isə məlumatları yoxdur.

Təhülkəsizliyindən dolayı oyuncağı necə seçə bilərik, biz strateji tədqiqatlar və İnkişaf Mərkəzinin proqram koordinatoru Vaxtanq Kobalidze ilə söhbət etdik. Məlum oldu ki, bunun üçün dövlətin heç bir mexanizmi yoxdur. Demək olar ki, biz gözümüzə inanmalıyıq və müqayisə prinsipi ilə oyuncağı seçməliyik.

“Özləri heç cür başa düşməyəcəklər. Çünki orada heç bir mexanizm yoxdur və kontrol edilmir. Yalnız istifadəçi özü başa düşə bilər ki, oyuncaq keyfiyyətsizdir və ya elə görsənir. 44 oyuncaq yoxladıq hamısı Çin istehsalı idi. 21-də zərərlər maddələr aşkarlandı. Keyfiyyətli ölkədən də gələ bilər amma bizim bazar kontrol edilmir və bundan istifadə edərək keyfiyyətsiz də göndərə bilərlər”.

Vaxtanq Kobaladzenin dediyinə görə, Avropa İttifaqı ilə Assosiasiya müqaviləsinə əsasən nəzərəd tutulub ki, 2019-cu ildən dövlət oyuncaqlarını yoxlamaq üçün normativ baza işlənəcək, ancaq təxmini kontrolun başlaması vaxtı hələ məlum deyil.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register