Şərq-Qərb İdarəsi İnstitutu Marneulililərə bir illik çalışmasının nəticəsini təqdim etdi

agdas

Bu gün, 15 dekabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində ictimai görüş keçirildi. Görüşdə Şərq-Qərb İnstitutunun nümayəndələri Mülki cəmiyyət, media və başqa maraqlanan şəxslərə son ilin çalışma nəticələrini və gələcək planları təqdim etdilər. Görüş haqqında biz Şərq-Qərbin İdarəsi İnstitutunun əməkdaşı Eka İmerlişvili ilə söhbət etdik.

“Bu görşlərin məqsədi “Sənin bilmək hüququn” var deməkdir. Bir növ donor təşkilatın, əhalinin, cəmiyyətin qarşısında hesabatlılıqdır. Elə əhali üçün də çalışırıq və qrant veririk. Görüşdə əlavə olaraq beş dekabrda elan etdiyimiz qrant proqramından danışacağıq. Bu regional QHT-lər üçündür və necə applikasiyalar qəbul edəcəyimizə və maliyyələşdirəcəyimizə  dair məlumat verəcəyik”.

Eka İmerlişvilinin danışdığı agentlik proqramı haqqında aplikasiya daxil etməknin sonuncu vaxtı 28 dekabrdır. Görüşdə qeyri-hökumət sektorunun nümayəndəsi Rəşan Ziyadəliyev iştirak edirdi və bizimlə söhbət zamanı qeyd etdi ki, qrant proqramında iştirak etməyi planlaşdırır.

Şərq-Qərb İdarəsi İnstitutu 2014-cü ilin noyabrından 6 897 000 ABŞ dolları dəyərində – “Mülki Cəmiyyətin İnkişafı və Vətəndaşların qoşulması layihəsini” həyata keçirir. Layihənin məqsədi qeyri-hökumət təşkilatlarının inkişafına dəstəkdir. Layihəni ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyi maliyyələşdirir.

Daha ətraflı məlumat almaq üçün www.ewmi-access.org web səhifəsinə daxil olaraq əldə edə bilərsiz.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register