“Beynəlxalq Şəffaflıq – Gürcüstan” – “Yayım haqqında” qanunda dəyişikliklər media mühitinə mənfi təsir göstərəcək və rüşvət riskini artıracaq
“Yayım haqqında” qanunda ikinci dinləmə ilə təsdiqlənən dəyişikliklər media mühitinə mənfi təsir göstərir, – bu haqda “Beynəlxalq Şəffaflıq – Gürcüstan”ın tədqiqatında qeyd olunub. Tədqiqatın məqsədi yeni menecment şəraitində yayımda gedən proseslərin öyrənilməsi və mövcud problemlərin təyin edilməsidir.
Təşkilatın tədqiqatçısı Mamuka Andğuladzenin bəyənatına görə, tədqiqat çərçivəsində bir növ problemli məsələlər aşkarlnıb.
“İlk növbədə “Yayım haqqında” qanunda ikinci dinləmə ilə təsdiqlənən dəyişikliklər media mühitə mənfi təsir göstərəcək. Dəyişikliklərə əsasən, ictimai yayımda “Alqı-satqı haqqında” Gürcüstan qanunu kontentlə bağlı satqılara aid olmayacaq, bu isə rüşvət riskini artırır. Eləcə də, yayımda reklam vaxtı və sponsorların yerləşdirilməsi imkanları artıb. İctimai yayımın büdcəsindən artan və stabil gəlir var. Onun onsuzda kiçik olan reklam bazarına daxil olmaq əhəmiyyətli dərəcədə özəl televiziyalara zərər vuracaq”, – bildirib Andğuladze.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments