Marneulinin uşaq bağçalarında qış tətili 28 dekabrdan başlayacaq

bagi 1

Marneulidə fəaliyyət göstərən uşaq bağçalarında yeni il tətili 28 dekabr tarixində başlayacaq. Bu haqda məlumatı  Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” Radiosuna müsahibəsi zamanı bildirdi.

Zaur Kərəmov onu da əlavə etdi ki, onlar il ərzində istifadə etdiyi qənayət əsasında qərar qəbul edərək qalan vəsaitlə bağça uşaqlarına və məktəblərdə həyata keçirilən hazırlıq kurslarında təhsil alan uşaqlara hədiyyələr paylanmasına başlayıblar. Hədiyyələr əsasən kitab, qələm və rənglənmə kitabçasından ibarətdir.

Onu da əlavə etdi ki, hər bir bağçada fəaliyyət göstərən qruplarda isə növbəli şəkildə yeni il şənlikləri təşkil olunur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register