Marneulidə yeni il qabağı həftəlik başladı

axali weli

Bü gün Marneuli Mədəniyyət Mərkəzində yeni il tədbirlərinin həftəliyi başladı. Konserti Marneuli Bələdiyyəsi Mərkəzində olan vokal studiyasının yetirmələri açdılar. Səhnəyə bir neçə debütant da çıxdı və “Başqa Gürcüstan haradadır” müsabiqəsinin müğənniləri də iştirak etdilər. Bugünkü tədbiri dinləyicilər müsbət dəyərləndirdilər. Biz onlardan bir neçəsi ilə söhbət etdik.

“Çox xoşuma gəldi. Bu uşaqlar həqiqətən də yaxşı ifa edirlər. Onlar Marneulinin gələcəyidirlər. Sevinirəm ki, sevdikləri işlə məşğuldurlar”.

“Rəfiqəmə görə gəlmişdim. Çox xoşuma gəldi. Onların gələcəyi var. Yeni il əhval ruhiyyəsindəyəm. Bu konsert biraz da bu əhvalımı artırdı”.

Marneuli Bələdiyyəsinin Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvili bizə yeni il qabağı həftəlik haqqında danışdı. Həftı çərçivəsində vətəndaşlara rəngarəng proqram təklif edirlər.

“Proqram bir neçə tədbirdən ibarətdir. Bizim mədəniyyət mərkəzinin tərkibində nə varsa təqdim etməyə çalışacağıq. Musiqi məktəbi, böyüklər və uşaqlar üçün teatr tamaşaları təklif edəcəyik. Eləcə də xalq ansamblımız da çıxış edəcək”.

Nato Şavişvilinin sözlərinə görə 30 dekabr eləcə də vacib gündür. Həmin gün  “Açıq sahədə incəsənət sərgisi” keçiriləcək. Sərgidə öz maraqlı dekorasiyası ilə incəsənətin bütün istoqamətlərinin sintezi təqdim olunacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register