Rustavidə baş verən yanğın nəticəsində, binanın birinci və beşinci mərtəbəsində yaşayanlar həlak oldular

yangin

Rustavidə baş verən yanğın nəticəsində üç nəfər dünyasını dəyişdi. Hadisə haqqında detallar hələlik məlum deyil. Yanğın Megobroba küçəsi N3-də, yaşayış binasının birinci mərtəbəsində baş verdi.

Yanğın nəticəsində öncə birinci mərtəbədə yaşayan orta yaşlı bir kişi həyatını itirdi, daha sonra isə, məlum oldu ki, binanın dördüncü mərtəbəsində yaşayan gənc qadın və beşinci mərtəbəsində yaşayan bir kişi də həyatlarını itiriblər.

Onların ölüm səbəbi tüstüdən intoksikasiyadır.

Həlak olanlardan başqa, zərər görənlər də var. Onlardan biri pəncərədən atlayan gənc qadındır. Onun ayağı qırılıb və hazırda əməliyyatdadır.

Yanğının çıxma səbəbini indi öyrənirlər. Hadisə ilə bağlı istintaq aparılır.

Mənbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register