Uşaq bağçaları qruplarında uşaqların sayı yarıya bölünəcək
Uşaq bağçası qruplarında qrup yetirmələrinin sayı bölünəcək – bu haqda İPN-ə uşaq bağçaları Agentliyinin yeni sədri Kaxa Qvantseladze bildirib.
Onun sözlərinə görə, qruplarda uşaqların yarıya bölünməsi yeni bağçaların tikilməsi nəticəsində, gələn ildən planlaşdırılır.
Qvantseladzenin dediyinə görə, gələn il Tbilisidə 13 yeni bağça açılacaq və 10 yeni bağçanın tikintisinə başlayacaqlar.
“Gələn il 13 bağçanın açılışı planlaşdırılır. Eləcə də 10 bağçanın tikintisi olacaq. Bu isə deməkdir ki, yeni bağlar yüklü olacaq. Hər yeni bağça 400 uşaq üçün nəzərdə tutulur. Tələb də böyükdür”, – deyir Qvantsaladze.
Onun sözlərinə görə, bu il Agentlik uşaq bağçalarında uşaqların qeydiyyatı ilə bağlı mövcud olan tələbi 95% qane edib.
Mənbə: İpn.ge
marneulifm1106 Posts
0 Comments