“Dövlətin rus təbliğatının təhlükəsini dərk etməsi vacibdir”

FAKE NEWS

İnternet resurs “Stop Fake” birbaşa mənada “Yalanı dayandıraq” deməkdir və Ukraynada son üç ildir inkişaf edən hadisələrə cavab olaraq yaranıb. Qanlı maydan, müharibə, Krım aneksiyası. Bu kiçik səthi sadalamadır. Dərindən isə bu mövzuda “Stop Fake” yazır. Viktoria Romaniuki internet resursunun Baş Redaktor müavinidir. Üç illik mübarizə rus mediasında yalanların yayılmasına, media sahəsində ehtiyat edilməyən əmək və jurnalist standartlarının qorunmasına cavab verir:

“1500 jurnalist standartının pozulması və rus propaqandasının zərərini təsdiqləyən material toplanıb. İkinci tərəfdən 1500 arxiv materialı var ki, rus propaqandasının tədqiqatları kimi istifadə edəcəyik. Fake Nyus necə yarandı, bu üç il ərzində bizim əməkdaşlar bir çox platformadan istifadə etdilər ki, propaqandadan və onun təsirindən danışsınlar. Bizim xarici həmkarların və ya ekspertlərin yanaşması ki, rus propaqandası bizim lokal problemimizi dəyişir. Heç kim istisna etmir ki, bu gün rus propaqandasının media sahəsində təsiri olduqca güclüdür”.

Romanyuk deyir ki, Fake Nyus eləcə də medianın inkişaf dərəcəsini artırmaq baxımından da işləyir. Siyasətçilərlə başlayır, jurnalistika fakultəsində təhsil alan tələbələr, müəllimlərlə, kitabxanaçılarla başa çatır. Texnika, görüşlərlər Fake Nyus komandası çalışır ki, bu problemə qarşı yanaşmanı dəyişsin, nümunədə rus propaqandasının zərərini  göstərsin. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi yalnız konflikt zonasında getmirdi həm də media sahəsində gedirdi. Jurnalist standartları üzərində çalışan media təşkilatlar bundan sonra rus propaqandasından danışmağa başladılar.

Medianın inkişafı Fondunun direktoru Tamar Kintsuraşvili illərdir ki, rus narativi təsvir olunan Gürcü media vasitələrini müşahidə edir. Bunun məqsədi isə bilərəkdən ictimaiyyəti səhvə aparmaqdır. Xüsusən Qərbi Gürcüstanın inteqrasiyası prosesinə yanaşmada və bunda müxtəlif vasitələrdən istifadə edir – foto manipulyasiyas, video manipluasiyas və eləcə də faktların fabrikləşdirilməsi üsulu. azlıqların məskunlaşdığı regionlarda problem məlumat vakumuudur.

“İctima yayım bu regionda yaşayan etnik qrupları məlumatla təmin edə bilmir. Problemlər var və bu istiqamətə xüsusi diqqət yetirilməlidir”.

Biz rus propaqandası ilə bağlı ilk regional tele kanal Tok Tv-nin təsisçisi Natia Kupraşvili ilə söhbət etdik. O, qeyd etdi ki, bizim davamlı tədqiqatlara əlimiz çatmır ki, Gürcüstanda nə baş verir, regionda yaşayan auditoriyada və eləcə də etnik azlıqların yaşadığı regionlarda nə baş verdiyini bilmirik. Ancaq o, Gürcüstanda yaşayan əhalinin çox hissəsinin qeyri-gürcü dilli kanalları izlədiyi vacib tədqiqatdan danışdı.

“Müxtəlif təşkilatlar tərəfindən həyata keçirilən tədqiqatlar var. Onlardan biri zamanı məlum oldu ki, Gürcüstanda yaşayan əhalinin müəyyən faizi Gürcüstandan kənar yayımlanan kanallara baxır. Bu göstərir ki, izləyicilərin 41 faizi qeyri-gürcü kanallara baxır. Dil maneəsi olduğuna görə onlar yerli kanalları izləmirlər. Azərbaycan və erməni dilli kanallar daha məşhurdur”.

Natia Kupraşvili Samtsxe-Cavaxeti regionunda rus dilli televiziyanın təsis edilməsi haqqında da danışdı. Əsas məqsəd isə rus dilli yayımla rəqabətə girməkdir.

“Biz çalışırıq ki, Samtsxe-Cavaxetidə rus dilli kanallarla mübarizə aparaq. Ən çox rus dilində kanalların izləndiyi regiondur. Onlar verişləri, filmləri rus dilində dərk etməyə alışıblar. Biz istəyirik ki, yerli media təşkilatlar yransın və əhalidə maraq oyansın”.

Jurnalist etikası Xartiyasının icraçı direktoru Nata Dzvelişvilinin dediyinə görə, propqazanda ilə mübarizə  auditoriyada tənqidi  düşüncəni inkişaf etdirən ən yaxşı vasitədir.

“İsətiyirik ki, yanlış məlumat yaymağa istiqamətlənmiş media təşkilatlarla rəqabətimiz olsun. Düşünürəm ki, bu baxımdan çalışmalar davam etməlidir. Həmçinin dəyərli məlumat verən təşkilatlar gücləndirilməlidir. Rus propoqandası adətən maddi güc və resurs üzərində qurulur. Yalnız maddi olaraq güclü olan və resurslu media təşkilatlar yanlış məlumatlara qarşı doğrunu hazırlaya bilir”.

Nata Dzvelişvilinin dediiyinə görə, hakimiyyətin rus propaqandası təhlükəsini dərk etməsi vacibdir və onunla mübarizə üçün müəyyən addımlar planlaşdırmalıdır ki, ilk növbədə əhalidə media və tənqidi düşüncənin inkişafı olsun.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register