“İctimai yayımçı niyə yeni təsis edilmiş kompaniyaları maliyyələşdirməlidir bu aydın deyil” – Nata Dzvelişvili

PIRVELI ARXI

Parlament yayım haqqında qanuna dəyişiklik daxil etmək haqqında qanunlayihəni ikinci dinləmə ilə qəbul edib. Dəyişikliklərə dair plenar iclasda 85 lehinə və 6 əleyhinə səs toplanıb.

Dəyişikliklərə əsasən ictimai yayım məhsulun ən az 25%-ni müstəqil hüquqi şəxslər tərəfindən hazırlanmış proqramlara sərf edə bilər . Onların alınmasına “Alqı-satqı haqqında” Gürcüstan qanunu aid deyil.

Bir neçə QHT və media vasitəsi nümayəndələri qanuna daxil ediləcək dəyişikliklərdə bir çox mənfi nəticə görürlər və onlar dünən Gürcüstan Prezidenti ilə görüşüblər ki, Prezident qanuna veto qoysun.

Görüşdə eləcə də jurnalist etikası xartiyasının icracşı direktoru Nata Dzvelişvili də iştirak edirmiş. O, bildiri ki, “Vahid sistemdən kənar alqı-satqını həyata keçirməklə şəffaflıq standartlarının səviyyəsi düşəcək”.

Biz bu gün Nata Dzvelişvili ilə söhbət etdik. O, qanunda olan bir neçə vacib problem haqqında danışdı. Onlardan biri isə alqı-satqı sistemləri ilə bğlı problemə bağlıdır.

“Heç bir monitorinqin berketi qalmır ki, ictimai yayım media məshulu necə əldə edəcək. Tenderlər saytı da köhnəldi və tenderlərin necə getdyini izləmək imkanı da yox idi. Həmçinin vacibdir ki, İctimai Yayımın gəlir limiti genişlənir. Bu gün olandan artıq reklam yerləşdirə bilər. Bunu büdcədən aldığı maliyyə ümumi televiziya reklam bazarından çxouna bərabər olduqda edirlər. Bu halda digər kanallar mübarizə aparmalıdırlar ki, gəlirləri olsun”.

Nata Dzvelişvilinin sözlərinə görə, ümumi hesabda yayımın tələblərinə əgər baxsaq görərik ki, onların şəffaflığı az, gəliri və hesabatlılığı isə çoxdur. Bu isə rüşvətin işarələrini yaradır.

Biz çalışdıq ki, Marneulinin bir neçə deputatları ilə söhbət edək ki, niyə yayım haqqında qanundakı dəyişiklikləri dəstəkləyiblər. Ancaq onlar vaxtlarının olmamasına görə, bu gün bizimlə söhbət apara bilmədilər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register