Gender işarəsi ilə ayrıseçkiliyin prevensiyası haqqında ailəli cütlüklərlə görüş keçirildi

გერო

BMT-nin Əhali Fondu Avropa İttifaqının dəstəyi ilə Tbilisi və Kvemo Kartlidə gender işarəsi ilə cinsin seçilməsi və gender bərabərliyinin gücləndirilməsi üzərində çalışırlar. Bu gün, Marneulidə Mülki Məşğulluq Mərkəzində ailəli cütlüklər üçün məlumat xarakterli görüş keçirildi. BMT-nin əhali Fondunun konsultantı Salome Qorelaşvili qeyd edir ki, gender  işarəsi ilə bərabərlik Gürcüstan üçün vacibdir. Bu növ görüşləri o məqsədlə keçirirlər ki, ailələrdə gender bərabərliyinə nail olsunlar. Gürcüstanda ailələrdə üstünlük verirlər ki, oğlan uşağı olsun nəinki qız. Yekunda isə ölkənin ümumi inkişafına mənfi təsir göstərilir, deyir Salome Qorelaşvili və eləcə də qeyd edir ki, cinsə əsasən seçmək diskriminasiyadır.

“Biz indi Kvemo Kartlidə əhali ilə görüşürük. Bu problem haqqında danışırıq. Bu problem niyə mövcuddur, iqtisadi baxımda ailənin davamçısı olsun deyə. Bu bizim gündəlik həyatımıza necə təsir göstərir. Diskrminasiyaya uğramış ölkədə qadının rolu üstün olmayacaqsa biz cəmiyyət qura bilməyəcəyik. Tərəqqi çox çətindir. Biz tərəqiyyə nail olunacaq ölkə qurmalıyıq. Bir-birimizə güclü olmaq üçün kömək etməliyik”.

Statistik göstəricilərə əsasən təqribən 90-cı illərdən 2014-cü ilə qədər 3100 qız doğulmayıb. Marneulidə gender bərabrəliyi kampaniyası noyabrda başlayıb.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register