Marneulidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü həsr olunmuş konser proqramı keçirildi

DAHG

Bu gün, 19 dekabr tarixində Marneuli şəhəridə Nəriman Nərimanov adına mədəniyyət evində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə konsert proqramı təşkil olundu. Konser proqramını Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçiliğı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirildi. Proqramı Azərbaycandan dəvət olunmuş Xırdalan musiqi məktəbinin şagirdlərinin ştirakı ilə tamaşaçılar biri-birindən gözəl musiqilər təqdim etdilər.

Proqramda hökumət və qeyri-hökumət nümayəndələri, müəllimlər, tələbələr, gənclər, şagirdlər, şəhər sakinləri və dəvət olunmuş qonaqlar konser proqramında iştirak edirdilər.

Tədbir haqqında Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyəti muzeyinin direktoru Leyla Əliyeva “Marneuli” Radiosuna məlumat verdi. O bildirdi ki, bu cür tədbirlərin keçirilməsi bizim üçün çox önəmlidir. Hər il olduğu kimi bu ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı bir çox tədbirlər həyata keçirləcək.

Leyla Əliyeva onu da əlavə etdi ki, həmçinin Azərbaycan və Gürcüstan dostluğuna və mədəniyyətlərarası əlaqələrin inkişafından söz açaraq bu tipli tədbirlərin vacibliyini vurğulayıb.

Konsert Xırdalan musiqi məktəbinin şagirdlərinin çıxışları ilə başa çatdı.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register