Marneuli Meriası təbii suya 5 932.00 larilik tender elan edib

gamg

Marneuli Bələdiyyəsi meriası içməli su və birdəfəlik stəkanlara tender elan edib.

Tender tələbi sonrakə tələblərə uyğun olmalıdır: Hidrokarbonat-kalsium növlü, ən az 19 litrlik polikarbonat qablı qazsız su təklif edilməlidir.

Tender təklifinə əsasən su dispenseri üçün nəzərdə tutulmalı, Gürcüstan hakimiyyətinin 2014-cü il 15 yanvar N58 sərəncamı ilə təsdiqlənən, “İçməli suyun texniki reqlamenti” ilə təyin edilən keyfiyyət dərəcəsinə, normativ zənginliklərə və sanitar tələblərə uyğun olmalıdır. İçməli su ISO 9001:2008 dərəcəsini və qida məhsullarının təhlükəsizliyini ISO 22000:2005 standartları ilə müəyyən olunan tələbləri qane etməlidir.

Su qablarının verilməsi ilə yanaşı verən şəxs tərəfindən 17 dənə su dispenserinin verilməsi də təmin olunmalıdır. Bu təmənnasız, müvəqqəti istifadə formasında müüqavilə vaxtı bitənə qədər həyata keçirilməlidir.

Su qabı alıcıya, müvəqqəti istifadə, içməli suyun hər növbəti hissəsinin verilməsinə qədər təmənnasız verilməlidir.

İçməli suyun olduğu qab verilən içməli suyun qabına uyğun olmalıdır. Dispenserin ən az üç-soyuq, isti və otaq temperaturunda su vermək funksiyası olmalıdır.

Dispenserlər işlək vəziyyətdə olmalıdır, texniki və vizual olaraq zərərsiz olmalıdır. Verilən dispenserlərin işlək vəziyyətdə olmasını verən tərəf təmin edir. Həmin tərəf öz qüvvəsi ilə və xərcləri ilə verdiyi içməli suyun və su dispenserlərinin dolsurulmasını, binaya daxil edilməsini və montajını və ya qurulmasını (eləcə də geri aparılma) təmin etməlidir.

Marneuli meriası eləcə də bir dəfəlik stəkanalra da tender elan edib. Tender təklifinə əsasən bir dəfəlik stəkanlar 180-200 ml olmalıdır; Rəngi ağ və ya şəffaf olmalıdır. Qida məhsulları üçün nəzərdə tutulmuş polipropilen, istiliyə davamlı – isti mayedən istifadə zamanı deformasiya olmamalıdır. Stəkanlar zavod qaydası ilə hazırlanmalı, polietil paketlərdə qablaşdırılmalı və deformasiya olmamalıdır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register