Çxenkeli: Bizim məqsədimiz yalnız zorakılığı aşkarlamaq deyil, həmdə onu aradan qaldırmaqdır

chxenkeli-mixeil

Elm və Təhsil nazirliyinə namizəd Mixeil Çxenkelinin sözlərinə görə, məüssisənin əsas üstünlüklərindən biri pedaqoqların kvalifikasiyasının qaldırılması olacaq. Çxenkeli Elm və Təhsil, İdman və Sağlamlıq komitələrinin birgə iclasında öz baxışları haqqında danışarkən qeyd edib ki, peşəkar inkişaf baxımından nazirlik tərəfindən atılan addımlardan biri müəllimlər üçün maaşların artırılmasıdır.

“Təhsil prosesində əsas rolu pedaqoq yerinə yetirir. Müəllim kvalifikasiyasının artırılması üçün bütün şəraitlər yaradılacaq ki, yalnız nəzəriyyəyə deyil həm də təcrübəyə istiqamətlənəcək.  Peşəkar bacarıqların həvəsləndirilməsi məqsədi ilə, 2018-ci ildən aparıcı və mentor müəllimlərin maaşı artacaq. Bununla yanaşı, bürokratik prosesləri minimuma endirəcəyik ki, müəllimlər vaxtlarını peşəkar inkişafa sərf etsinlər” – deyir Çxenkeli.

Onun bəyənatına görə, nazirlik pedaqoqların kvalifikasiyası monitorinqi üzərində də çalışacaq.

Elm və Təhsil, İdman və Sağlamlıq Komitəsinin birgə iclasında nazirliyə namizədləri dinləyiblər. Müvafiq müəssisələrin nazirlik namizədləri komitəsinin üzvləri təqdimatlar edəcəklər. Təqdimat onların iş hesabatı və gələcək baxışlarından ibarətdir.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register