Marneulidə “Gürcüstanda məktəbəqədər tədrisin sosial hesabat vasitəsi ilə yaxşılaşdırılması” layihəsi həyata keçiriləcək

kvitas5

“Məktəbə qədər təhsilin sosial hesabatlılıq proseslər vasitəsilə yaxşılaşdırılması” layihəsini Uşaqları xilas edək təşkilatı ilə tərəfdaşlıqla və Civitas Georgika ilə birgə Dünya Bnakının dəstəyi ilə həyata keçirir. Əsas məqsəd isə Gürcüstanın Bələdiyyələrində məktəbəqədər tədris müəssisələrinin sosial hesabatlılığa istiqamətlənmiş müqayisəli analiz vasitəsilə  monitorinq sisteminin yaxşılaşdırılmasıdır.

Layihə çərçivəsində məktəbəqədər təhsil sahəsində müxtəlif mexanizmlərin yaradılması planlaşdırılır ki, bu da bağça əməkdaşlarının valideyn və bəzi hallarda uşaqların özünün da qoşulmasını təmin edəcək. Qeyd olunan layihə 7 bələdiyyədə həyata keçiriləcək. Onlardan biri isə Marneulidir. Layihə ilə tanışlıq üçün görüş də keçirildi. Civitas Georgikanın koordinatorlarından biri Aleksandre Kalandadze qeyd edir ki, layihənin  iki əsas istiqaməti var.

snx aleksandr – “Bilirsiz ki,, reforma başlayıb. Davam edir və biz də öz tərəfimizdən istəyirik ki, reformaya dəstək olaq. Layihəmizin iki istiqaməti var. Biri uşaq bağçalarında monitorinq və qiymətləndirmə sisteminin müqayisəvi analizini aparmaq və bu bağçalara imkan yaracaq ki, dövlət standartlarına uyğun olaraq öz zəif və güclü tərəflərini görsünlər. İkinci istiqamət isə məktəbəqədər assosiasiya yaratmaqdır.7 bələdiyyənin bağçaları birgə bunu yaradacaqlar. Bu assosiasiya prosesdə aktiv oyunçu olacaq”.

Qeyd olunan layihənin tanışlığı görüşündə eləcə də Marneuli uşaq bağçaları birliyinin rəhbəri Zaur Kərəmov da iştirak edirdi və o, qeyd etdi ki, bu layihəyə mütləq qoşulacaqlar çünki bu bağçalarda olan bir çox problemləri həll edəcək.

Layihənin həyata keçirilməsinə 2017-ci ilin aprelində başlayıb və 2020-ci ilin yanvarında başa çatacaq. Layihə 27 bələdiyyəni əhatə edəcək.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register