Sergeenko: Sosial yardım sistemi mövcud ehtiyacları qane etmir

David Sergeenko

Elm və Təhsil naziri, İdman və Səhiyyə Komitələrinin birgə iclasında Səhiyyə nazirliyinə namizəd Davit Sergeenko çıxış edib. Sergeenko təqdimatı çərçivəsində nazirlik tərəfindən aparılan işləri yekunlaşdırıb və səhiyyə müəssisələrinin əsas problemlərindən danışıb.

Onun sözlərinə görə, nazirlik üçün əsas problemlərdən biri sosial yardım sisteminin yaxşılaşdırılmasıdır. Sergeenkonun bəyənatına görə, qeyd olunan üsul əhalinin sosial ehtiyaclarını qane etmir və onda bəzi problemlər mövcuddur ki, bunun düzəlməsi üzərində səhiyyə müəssisəsi çalışır.

Sergeenkonun sözlərinə görə, müəssisənin əsas problemi ambulotoroloji medikamentlərin əhaliyə tam əlçatanlığının təminatı olaraq qalmaqdadır.

“Bu istiqamətdə bu il yeni proqrama başladıq ki, indiki mərhələdə yalnız sosial müdafiəsiz əhalini və medikamentlərin müəyyən siyahısını əhatə edir. Bu vacib atılan addımdır, ancaq əlbəttə ki, yetərli deyil və müəssisənin əsas prioritetlərindən biri mediakentlərin siyahısının və istifadəçi sayının artırılmasıdır.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register