Baş-Nazirin Parlamentdə söyüşü – Qiorqi Kvirikaşvili VS Nika Melia
“Sən kriminalçıların hamisisiz”, – deyə Nika Melia Qiorqi Kvirikaşvilini çağırıb və bunun nəticəsində Gürcüstanın Baş-Naziri Milli Hərəkatın liderinin jurnalistlərin qarşısında söyüş söyüb.
Nika Melia Baş-Nazirə utanmaz deyib və bir daha səslənib: “Səni namussuz. Söyüşə keçən Baş-Nazir. Sən Parlamentdə yoxsa Kuatisidə böyüyübsən…”
Bunların hamısı bu gün, Tbilisidə, Gürcüstan Parlamentinin İlia Cavcavadze adına zalında baş verib. Orada hökumət liderləri müxalifət deputatlarının suallarına cavab verirmişlər.
Komanda üzvləri Qiorqi Kvirikaşvilini və Nika Melianı saxlamağa çalışırdılar ki, məsələ fiziki dərəcəyə gedib çıxmasın. Baş-Nazir isə Melianın anasına söyüb, Milli Hərəkat lideri isə onu rüşvətxorluqda günahlandırıb.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments