İnternet sahəsində yetirmələri qorumaq üçün qanunda dəyişikliklər planlaşdırılır

D2A14CB0-5823-49E6-AADE-A21DEB348882_w640_r1_s

İnternet sahəsində yetirmələrin qorunması üçün qanunverici dəyişikliklərin həyata keçirilməsi planlaşdırılır. Qanunlayihə haqqında Parlamentin sağlamlığın müdafiəsi və sosial məsələlər üzrə komitənin sədrinin birinci müavini Dimitri Xunddze bildirib.

“Qanunlayihəyə əsasən, dəyişikliklərin daxil edilməsi “Elektron kommunikasiyalar” və “Zərərli təsirlərdən yetirmələrin qorunması haqqında” qanunlarda planlaşdırılır. Dəyişikliklərə əsasən, provayderlərə öhdəlik qoyulacaq ki, filtrlər yerləşdirsinlər ki, müxtəlif təhlükə daşıyan məlumatlar yetirmələrə çatmasın.

Biz, Marneulinin totalizator menecerlərinin bu təşəbbüs haqqında nə düşündüyü ilə maraqlandıq. Onların çoxu qanunlayihəni müsbət dəyərləndirdi.

Maia Tsiramua psixoloqdur, o qeyd edir ki, oxşar növ dəyişikliklər vacibdir, çünki uşaq təhlükəsizliyinə aiddir, ancaq o dövlətin başqa öhdəliklərini də diqqətə yetirir.

“Uşaqlara çoxlu servis təklif etməliyik. Orada onlar əylənməli və ünsiyyət qurmalıdırlar. Bu gün problemlərdən biri uşaqların tək olmasıdır. Kefsizdirlər və əylənmək üçün vasitə axtarırlar. Birdə məlumatla bağlı az yaşlarından uşağı öyrətmək lazımdır ki, hansı növ məlumat yerləşdirilməlidir hansı yox”.

Qanunlayihəyə əsasən, tədris baxımından çalışmaq da vacibdir. Ona görə də Təhsil və Idman nazirliyi valideyn və pedaqoqlar üçün dərsliklər işləməli olacaq ki, bilsinlər hansı məlumat hansı yaş üçün təhlükəlidir və necə aradan qaldırılmalıdır.

Belə bir təşəbbüs də var ki, Ədliyyə və DİN-də qaynar xətt yaradılsı və bunun vasitəsilə internet sahəsində zərərli təsirləri olan məhsulların yayılması haqqında məlumat alınsın və reaksiya göstərilsin.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register