Bələdiyyə məclisinin üzvləri 7 000 lariyə qədər yeni il premyasından imtina ediblər

sakrebulos sxdoma

Marneuli Bələdiyyəsinin bələdiyyə məclisinin dünən 20 dekabr tarixində daha bir növbədən kənar iclası baş tutub. İclasda müzakirə olunacaq birinci məsələ Marneuli Bələdiyyəsinin 2017-ci il büdcəsinin təsdiqlənməsinə və Marneuli Bələdiyyəsinin 2017-ci il 10 yanvar N1 sərəncamına dəyişiklik daxil edilməsinə aid idi. Məsələnin məruzəçilərindən biri Marneuli bələdiyyəsi meriasının maliyyə-büdcə xidmətinin rəhbəri Vüqar Məmədov idi. Məmmədov “Marneuli” Radiosu ilə söhbət zamanı bildirdi ki, məsələnin iclasa çıxalımasının məqsədi bələdiyyə məclisinin üzvlərinin premya almaqdan imtina etməsi idi.

“İcra hakimiyyətində də vakansiyalara görə ehtiyat qalmışdı.Bizdə qalan bütün məbləğləri o maddədən çıxarıb sosial mühaifzlərə daxil etdik ki, onlara yardım göstərək”.

Premya almaqdan bələdiyyə məclisinin maaş alan bütün üzvləri imtina ediblər. Onlar bələdiyyə məclisinin sədri, sədr maüvini, fraksiya və komissiyaların rəhbərləri və fraksiya rəhbər müavinləridir. Marneuli bələdiyyə məclisinin sədri Amiran Qiorqadze bu qərarın qəbul edilməsi səbəblərindən danışdı

“Bələdiyyə məclisində bir ay yarımdı müzakirə etdik və premyadan imtina etdik. Qərar verdik ki, ehtiyat olunan premya məbləği sosial müdafiəsiz uşaqlara sərf olunsun”.

Bələdiyyə məclisinin üzvlərinin yeni il premyası almaqdan imtina etməsi nəticəsində bələdiyyənin büdcəsində təqribən 7 000 lari məbləğ azad olub. Bu isə bələdiyyə məclisinin qərarı ilə sosial mühafizə istiqamətində xərclənəcək.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register