“Zarafat kolleksiyası 2” tamaşaçılara yenə gülüş bəxş etdi
21 dekabr tarixində Tbilisi Atoneli adına teatrda azərbaycanlı gənc aktyor Anar Rafiqoğlunun növbəti stand up şousu baş tutdu.
“Zarafat kolleksiyası 2” adlana şouda gənc aktyor tamaşaçılara bir-birindən maraqlı gülüş ssenariləri təqdim etdi. O, Gürcüstanda stand up şounu həyata keçirən ilk azərbaycanlıdır. Bu haqda elə gənc aktyorun özü Radio Marneuliyə danışdı.
Şounu izləyən tamaşaçılar öz təəssüratlarını bizimlə bölüşdülər. Onlar arasında hətta növbəti şounu səbirsizliklə gözləyənlər də var idi.
Xatirladaq ki, “Zarafat kolleksiyası 2” şousu iki gün nəzərdə tutulub. Belə ki, 22 dekabr tarixində də Anar Rqfiqoğlu öz tamaşaçılarına gülüş bəxş edəcək.
Müəlliflər: Pervin Abdullayev, Aynurə Əliyeva, Amil Mamedov
Amil Məmmədov2286 Posts
0 Comments