Yoxlanılmamış ətin alınması təhlükələrə bağlanır

ხორცი

2017-ci ilin mart ayında başlayan Milli Ərzaq Mühafizəsi Agentliyinin apardığı tədqiqata əsasən ictimai qidanın və realizə obyektlərindən agentlik yoxlayış üçün 90 növ nümunə götürüb. Onlar at və eşşək ətinin identləşdirilməsinə dair akreditə olunmuş laboratoriyada yoxlanılıb. 11 halda məhsulun tərkibində at, bir halda isə eşşək əti aşkarlanıb. Bütün bu məhsulların etiketində isə mal və ya donuz ətindən hazırlandığı qeyd olunubmuş.

Biz maraqlandıq ki, Marneulinin timsalında əhali nə dərəcədə tez-tez hazır qidalar alırlar və ya ət alan zaman həqiqtən də istədikləri məhsulu evə aparırlar. Buna dair sorğu apardıq və əksəriyyət qeyd etdi ki, düzdür heç kim sığortalanmayıb amma çox hallarda onlar satıcılara inanırlar.

Marneuli bazarında kababxanalar bir neçəsi  yanaşı durur. Əhalinin çoxluğu orada bu gün də hiss olunurdu. Bu obyektlərdə biz cəhd göstərdik ki, satıcıların və sahibkarların fikrini dinləyək. Ancaq onlar bizimlə söhbət etmək istəmədilər. Bəziləri isə yalnız dedi ki, əti bazardan gətirirlər. Ancaq eşşək əti olduğu və ya labortaoriyada yoxlanıldığı haqda heç nə demədilər.

Heyvanların identləşdirilməsi – qeydiyyatının milli sistemi haqqında olan durumun 2017-ci ildə qiymətləndirilməsinə əsasən kənddə yaşayan fermerlərin yarısı Gürcüstanda heyvanların identləşdirilməsi-qeydiyyatı sistemi  haqqında eşidib. Amma onlarıb bilgisi sistem haqqında əsaslı deyil. Əksəriyyət üçün bu sistemin məqsədi heyvanın sadəcə hesaba alınmasıdır və ya ərzağın mühafizəsidir.

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının Gürücstanda heyvanın identləşdirilməsi qeydiyyatının milli sisteminin texniki dəstəyi layihəsinin rəhbəri Mixeil Soxadze mal qaranın identləşdirilməsi işarələrinin əhəmiyyətindən danışır.

“70 faiz xəsətliklər heyan və insan üçün zərərlidir. Fermerlərə də böyük iş düşür. Onlar bilməlidirlər ki, heyvanlar da hansı xəstəliklər olur”.

Onun sözlərinə görə, heyvan mütləq sallaqxanada kəsilməlidir .

“Əgər sallaqxanada heyvan kəsilmirsə demək o yoxlamadan keçməyib. Bu insan sağlamlığı üçün zərərlidir. Elə hallar olub ki, Marneulidə heyvan ölüb eləcə də satıblar. Ona görə də əhali yoxlanılan yerlərdən ət almalıdır”.

Mixeil Soxadzenin sözlərinə görə əti alanda mütləq üzərindəki işarəyə diqqət edilməlidir.

“Yanvarın 1-dən elə olacaq ki, heyvanın harada kəsildiyi üstündə yazılacaq. Qulaq nişanı olmalıdır. Hətta sonuncu dəfə nə yeyib onu da bilə bilərsiniz”.

Soxadzenin dediyinə görə həmişə nəzərə almalıyıq ki, ət alarkən işarə sənədi tələb edək ki, onun mühafizəsinə əmin olaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register